2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

4 yaşlı qızcığaz ucsuz-bucaqsız tayqada itib, 12 gün ərzində canavarlar və ayılar arasında qalıb

Yakutiyanın (Rusiya) ucqar kəndində kiçik qız təxminən iki həftə ərzində tayqada canavarlar və ayılar arasında yaşayıb. Bütün bu müddət ərzində Nayda ləqəbli it onu qoruyub və bədən hərarəti ilə isidib. Xilasedicilərin qızı aşkarlamasında da dördayaqlı dost rol oynayıb.

 

Qızın anası 22 yaşlı Talina danışır: “O, inanılmaz dərəcədə güclü xarakterə malikdir. Hətta tapılanda belə gözlərində qorxu hissi sezilməyib. İndi hadisədən bir il sonra əvvəlki tək uşaqlarla qaçır, oynayır. Onun bir vaxtlar dəhşətli stress keçirdiyinə inanmaq mümkün deyil. Amma insanlar o günlər barədə sual verəndə xoşuna gəlmir”.

Saytların yığılması Saytlarin yigilmasi

 

 

4 yaşlı Karina iti ilə birgə tayqada itib. O, atasının arxasınca qaçıb, lakin valideyn qızının ona tərəf qaçdığını hiss etməyib. Qızın nənəsi isə nəvəsinin atası ilə getdiyindən əmin olduğuna görə, narahat olmayıb.

 

 

Nayda ləqəbli it qızın arxasınca gedib və 9 gün ərzində onunla qalıb. Daha sonra it kömək üçün evə qayıdıb, buna baxmayaraq xilasedicilərin qızın tez bir zamanda izini tapmalarına nail ola bilməyib.

 

 

Karina bütün bu müddət ərzində çaydan su içib və sağ qalmaq üçün giləmeyvə yeyib.

 

 

İt qayıtdıqdan 3 gün sonra xilasedicilər çay yaxınlığında itin pəncələrinin yeri yaxınlığında qızın izlərinə rast gəliblər. Beləliklə qızın Rusiyanın ən böyük regionu Saxa Respublikasının qərbində olduğu aydınlaşıb. Region sahə baxımından Hindistan ərazisinə bərabərdir.

 

 

Keçilməz kolların yer aldığı rayonda kiçik qızın axtarışı samanlıqda iynə axtarışına bənzəyirdi.

 

 

Nəhayət qızcığaz aşkarlandı: ac və taqətdən düşmüş uşağın bədənində ağcaqanad dişləməsi izlərinə rast gəlinib. O, hündür otlar arasında uzanmışdı.

 

 

 

 

 

 

Nayda qızın yanında yatıb, məhz bu, qızın donmasının qarşısını alıb. Müalicədən sonra evə qayıdan qız itini məzəmmət də edib: Məni orada nə üçün tək qoydun?

 

 

Anasının Karinaya lazımi qədər diqqət ayırmaması sosial şəbəkələrdə hiddətə səbəb olub.

 

 

 

Bu heyrətləndirici xilasetmə əməliyyatından xatirə olaraq Yakutsk hava limanında kiçik bürünc heykəl qoyulub.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button