2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

4 YAŞLI SELCANIN DƏSTƏYİMİZƏ EHTİYACI VAR

Kəskin leykoz xəstəliyindən (qan xərçəngi) əziyyət çəkən, hazırda Türkiyədə müalicə alan 4 yaşlı həmvətənimiz Selcan Muradzadəyə maddi və mənəvi dəstək göstərmək üçün 12 və 13 noyabr tarixlərində 28 Mall AVM-də xeyriyyə yarmarkası keçiriləcək. Həyatı hələ doya-doya yaşamayan, yaşıdları ilə birlikdə uşaqlıq sevincini layiqincə duymayan Selcan Muradzadə sağalma ümidini xeyirxah insanların dəstəyində görür. Hal-hazırda Türkiyədə müalicə olunan körpə qızcığazın əməliyyat xərcləri yüksək vəsait tələb edir. Bu vəsait toplanacağı təqdirdə körpənin tam sağalma şansı var.

selcan-1-1

Bunun üçün də yarmarkada satılacaq suvernir, rəsm əsəri, aksessuar, bijuteriya, toxunma əl işi, oyuncaq və kitab satışından əldə olunan gəlirin uşağın müalicəsinə sərf edilməsi nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Odur ki, hər biriniz həftəsonu yarmarkada iştirak etməklə balaca Selcanın qəhrəmanı ola bilərsiniz. Selcan dəstək olmaq üçün ödəmə üsulları və digər məsələlər barədə ətraflı məlumatı facebookda mövcud olan Selcana dəstək olaq!! qrupundan əldə edə bilərsiz.(c)

https://m.facebook.com/groups/1625615594398187

selcan

Xatırladaq ki, 4 yaşlı Muradzadə Selcan İlkin qızı kəskin leykoz xəstəliyindən əziyyət çəkir. Vəziyyəti ciddi olsa da, sağalmaq ehtimalı var. Xəstəliyi kəskin leykoz, monotblast, variant M5-dir. O, kimyəvi terapiya kursu almalıdır. Ən az 6 ay remisiyya əldə edildikdən sonra, 2 il müddətində müalicəsini davam etdirməlidir. Tam sağalması üçün sümük iliyi köçürülməlidir. Bu isə riskli və yüksək məbləğ tələb edən prosedurdur. Əməliyyat üçün yüksək məbləğdə vəsait lazımdır. Bu vəsait yığılarsa, sümük iliyi donorunun tapılması və köçürülməsi həyata keçirilə bilər. Bunun nəticəsində Selcanın tam sağalma şansı var.

Bundan sonra ilik nəqli əməliyyatı üçün lazım olan qaliq məbləğ 98 400 USD-dir. Gəlin bacardığımız köməyi əsirgəməyək, Selcanimıza dəstək olaq.

selcan3

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button