2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

40 günlük körpəsini dənizə atan anadan qandonduran sözlər: “Oğlumu da öldürəcəm”

Türkiyədə, Eminönündə 40 günlük körpəsini silahla vurandan sonra dənizə atan ana ədliyyəyə sövq edilərkən bir jurnalistin “Nəyə görə belə etdiniz?” sualına “Oğlum var, sonra onu da öldürəcəm ” deyə cavab verib.
Moderator.az xəbər verir ki, Türkiyədə adı Fatma K. kimi göstərilən 35 yaşlı qadının 40 günlük körpəsini əvvəlcə tapança ilə vurduğu, daha sonra dənizə atdığı xəbəri yayılıb. Qeyd olunur ki, qadın övladını dənizə atandan sonra könüllü olaraq polis məntəqəsinə gələrək təslim olub. Polisə ifadə verən  qadın  psixoloji problemlər yaşadığını və bu səbəbdən depressiyaya düşdüyünü bildirib. Buna görə də 40 günlük qız uşağını əvvəlcə özünə aid olan tapança ilə öldürməyə çalışıb. Qadın körpənin göbəyinə 3 dəfə atəş açdığını, ancaq ölmədiyinə görə dənizə atdığını deyib.
“Ana” törətdiyi əməldən peşman olandan sonra isə polis məntəqəsinə gəldiyini vurğulayıb.
Qeyd edək ki, qadın polisə ifadə verəndən sonra dərhal dənizə atdığını bildirdiyi 40 günlük  körpə qızının axtarışına başlanılıb. Dalğıclar işlərini başa çatdırıb, axtarış sahilboyu və dənizin üzərində davam etdirilir.
Cani anneden kan donduran sözler
Cani anneden kan donduran sözler
Cani anneden kan donduran sözler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button