2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

40 günlük körpəsini güllələləyən ana: “O biri oğlumu da sonra öldürəcəm”

Türkiyənin İstanbul şəhərində, Eminönüdə anası tərəfindən dənizə atıldığı bildirilən 40 günlük Tuğçenin axtarışı davam edir

İstanbulda 40 günlük körpəsini silahla vurduqdan sonra dənizə atan ana hər kəsi şoka salıb.
Fatma K. məhkəmə binasına aparılan zaman bir mətbuat mənsubunun “Bunu niyə etdiniz?” sualına “Oğlum var, onu da sonra öldürəcəm” cavabını verib.
Dəniz polisinin dünən havanın qaralmasının ardından başa çatan axtarış işləri bu gün səhər saat 11-dən etibarən yenidən başlanılıb.
Polis bölməsinə gedərək təslim olan 35 yaşlı Fatma K.-nın verdiyi ifadədə psixoloji problemlər yaşadığını və bu səbəbdən 40 günlük qız körpəsini öncə özünə aid olan tapançayla öldürməyə çalışdığını söylədiyi məlum olub. Fatma K. ifadəsində körpəsinin göbəyinə 3 atəş açdığını, ancaq ölməyincə dənizə atdığını, daha sonra peşman olduğu üçün polisə gəldiyini deyib.
Qadının tutulan 36 yaşlı sevgilisi Mustafa T. isə polisə verdiyi ifadədə yaşanan hadisədən xəbərinin olmadığını söyləyib.
milli.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button