2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

402 yeni yoluxma qeydə alınıb, 15 ölüm


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

402 yeni yoluxma faktı qeydə alınıb,  virusa yoluxanlardan 650 nəfər sağalıb.

Bu məlumatı bu gün, yanvarın 16-da  Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 15 nəfər də vəfat edib:

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanda indiyədək ümumilikdə 226951 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 214423 nəfər  sağalıb, 2998 nəfər vəfat edib, aktiv xəstə sayı 9530 nəfərdir”

 Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar  ölkədə 8574, hazırkı dövrədək isə ümumilikdə  2 311 417 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button