2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

410 manatdan az alana kredit verilməyəcək

Bir sıra bankların manatla kredit verməyi bərpa etdikləri bildirilir. «Marja» xəbər verir ki, «Unibank» ASC-də müştərilərə manatla kredit ayırmağı bərpa edib.

Hal-hazırda «Unibank»da kredit tarixçəsinə malik olmayan yeni müştərilərə 20-60 (kreditin bitmə tarixi) arasında yaş həddi qoyulduğu bildirilir. Üstəlik, müştərinin son iş yerində stajı minimum 12 ay olmalıdır. Təkrar müştərilərə isə bir qədər güzəşt tətbiq edildiyi bildirilir. Onlara yaş həddi 20-65 arasında qoyulur, son iş yerində isə 6 ay işləmələri kifayətdir.

Xəbərə görə, hər iki halda minimal əməkhaqqı 410 manat təşkil etməlidir. Kreditin müddəti 3-24 ay, məbləğ isə 300-5000 manat arası müəyyən olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Kredit üzrə illik faiz dərəcəsinin 29 faiz təşkil etdiyi qeyd olunur.

Kredit götürməkdən ötrü minimal əməkhaqqının 410 manat təşkil etməsinin Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni tələbləri əsasında müəyyən olunduğu bildirilir.

Ötən il dekabrın 21-də Azərbaycanda baş verən son devalvasiyadan sonra bəzi banklar manatla kredit verməyi dayandırmışdı.

Bu il aprelin 5-də isə Maliyyə Bazarlarına Nəzarət Palatası dollarla kreditin verilməsini bir aylıq dayandırdı. Bu ayın 5-də bu məhdudiyyət götürülsə də, həm dollarla, həm də manatla kreditin verilməsi xeyli məhdudlaşdırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button