Loading...
Loading...
SEÇMƏ

42 dövlət Rusiyaya çağırış etdi: Ordunu AES ərazisindən çıxar!

Yayımlandı: 15 Avqust 2022 13:52

Rusiya hərbçilərinin və silahlarının stansiyanın ərazisində yerləşdirilməsi qəbuledilməzdir”

42 dövlət Rusiyaya Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisindən öz ordusunu çıxarması ilə bağlı çağırış edib.

Bu barədə Avropa İttifaqının Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəliyi məlumat yayıb.

Bəyanata bütün Aİ üzvləri və Norveç, İngiltərə, İslandiya, ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, Lixtenşteyn, Gürcüstan, Moldova, Monteneqro, Şimali Makedoniya və Türkiyə qoşulub.

Bəyanatda xatırlanır ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır:

“Rusiyanın Zaporojye atom elektrik stansiyası üzərində nəzarəti nüvə təhlükəsizliyi prinsiplərini təhdid edir. Rusiya hərbçilərinin və silahlarının stansiyanın ərazisində yerləşdirilməsi qəbuledilməzdir. Həmçinin, MAQATE-nin bütün üzvlərinin hörmət etməyi öhdələrinə götürdükləri təhlükəsizlik və risklərin qarşısının alınması prinsiplərinə etinasızlıqdır”.

Rusiya hərbçilərinin atom elektrik stansiyalarında olması, şübhəsiz ki, nüvə insidentləri riskini artırıb”,-deyə bəyanatda qeyd olunub.

BMT-nin Baş katibi Antonio Quterreş avqustin 11-də Avropanın ən böyük atom elektrik stansiyası yaxınlığında hərbi əməliyyatları dərhal dayandırmağa və stansiya ətrafında silahsızlaşdırılmış zona yaratmağa çağırıb.

Ancaq Rusiya BMT-nin atom elektrik stansiyasının ətrafında demilitarizasiya zonası yaratmaq çağırışlarını rədd edib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  Yerevanda partlayış olub, ölən və yaralananlar var

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button