2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

4,3 milyonluq dələduzluq işində icra başçısının oğlunun da adı hallanır

Sabiq nazir müavinin qohumun cinayət işində əlavə şahidlər dindirilir

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. R.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur. İttihama görə, Rahib Hüseynov ümumilikdə 4 milyon 300 min manat dələduzluqda ittiham edilir. O, zərərçəkənləri Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirmək adı ilə aldadıb.

Zərərçəkənlərdən biri olan Qoşqar Zeynalov Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğludur.

Cinayət işində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanır. O, cinayət işində şahid kimi tanınıb. 24saat.org Bizimyol.info-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə əlavə şahidlər dindirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“İş görmək üçün 800 min dollar verdim”

Şahid Gəray Abbasov zərərçəkmiş Qoşqar Zeynalovla dost olduğunu iş görmək üçün onun istəyi ilə Rahib Hüseynova 800 min dollar pul verdiyini deyib:

” Məni çağırıb dedi ki, Rahib Hüseynovla iş görəcəyik. Mən Rahibi də tanıyıram. Yaxşı, mərifətli oğlanlardan biridir. Qoşqar dedi ki, xaricdən mal gətirirlər, yaxşı qazanc var. Bir neçə dəfə Rahiblə də görüşmüşəm. Yaxşı imkanlarının, əlaqələrinin olduğunu gördüm. İş görmək üçün 800 min dollar verdim. Mən Qoşqara görə, dostluğumuza görə Rahibə verdim. Mən Qoşqarı yaxşı adam kimi tanıyıran. Həmin puldan 45 və 50 min dollar iki dəfəyə qaytarılıb. Mən pulu Qoşqara verdim. İndi pulum hardadır bilirəm. Nə vaxt alsa, veriləcək”.
Şahid bildirib ki, cəmi üç aydan sonra pulu qaytarılmayıb, daha sonra da Rahib Hüseynov həbs edilib: “Dəfələrlə söz verdi ki, qaytaracaq. Yaxşı bağları var. Orada səhər saat 6-ya qədər gözləmişik. Pulu verəcəyini dedi. Amma vermədi. Deyirdi ki, Pulu Əvəz Qocayev verəcək”.
Gəray Abbasov obyektini 700 min dollara satdığını, həmin pulu da iş görmək üçün Qoşqar Zeynalova verdiyini söyləyib.

Rahib Hüseynov isə söyləyib ki, şahidə pulu Əvəz Qocayevin verəcəyini deməyib: “Mən dedim ki, pul Arif Əsgərovdadır. Oğlu Elnar gətirəcək”.

Rahib Hüseynov şahidə sual verərək, pulu ona, yoxsa Elnar Əsgərova verdiyini soruşub. Şahid Gəray Abbasovun isə bildirib ki, pulu Qoşqara verib: “Kimə verdiyini bilmirəm. Amma işi səninlə görəcəyini deyirdi”.

“Qoşqar Zeynalova 1 milyon 725 min dollar vermişəm”

Digər əlavə şahid isə Zeynal Bayramov olub. O, bizneslə məşğul olduğunu, iş görmək üçün Qoşqar Zeynalova 1 milyon 725 min dollar verdiyini söyləyib. “Aylıq 100-110 min qazanc olacaqdı. Amma sonra məsələ bu yerə gəlib çıxdı. Mən pulu Qoşqara şərtlə verməmişəm. Nə vaxt olsa qaytaracaq. İşi görəcək şəxs Rahib Hüsrynov idi. Sonra məsələ bu cür oldu”- deyən şahid bizneslə məşğul olduğunu söyləyib.

Z.Bayramov qeyd edib ki, hazırda Rahib Hüseynovla aralarında pul söhbəti olmayıb və indi də ondan tələbi yoxdur: “Qoşqar deyir ki, gözləyək görək prosesin sonu necə olacaq. Mən pulunu Qoşqardan tələb edirəm. O da öz işimdir necə alacam. Şikayət edəcəm, etməyəcəm, o da öz işimdir”.
Proses davam edəcək.

“Ona hissə-hissə 7 milyon manatdan çox pul vermişəm”

Yada salaq ki, Qoşqar Zeynalov bu iş üzrə zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə evrib.
O, R. Hüseynovla qohumluq əlaqələri olduğunu, ona iş qurmaq haqda təklif etdiyini bildirib: “Mənə dedi ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yataq dəstləri lazımdır. Bunu da xaricdən gətirmək üçün pul lazımdır. 20 faiz qazancdan 10 faiz mənə çatacaqdı. Mən də dedim ki, hazırda məndə pul yoxdur, ancaq mən dostumdan alıb verərəm. Bu yolla ona hissə-hissə 7 milyon manatdan çox pul vermişəm”.

Zərərçəkmiş qeyd edib ki, ona vurulan ziyan 3 milyon 925 min manat təşkil edir.
R. Hüseynov deyib ki, Q. Zeynalova gələn gəlirlərdən 3 milyon 200 min manat pul verib. Q. Zeynalov isə qeyd edib ki, bu miqdarın yalnız 1 milyon 200 min manat təşkil etdiyini deyib.
R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul almaqda təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham verilib, barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.

Rahib Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib. Onun barəsində cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Emil Hüseynov 9 il cəza alıb. O məhkəmə zalında

həbs edilib.
Həmin cinayət işində dı A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanırdı. E.Hüseynov pulları Elnara verdiyini deyib. Cinayət işində şahid kimi tanınan Elnar Əsgərov isə deyilənləri rədd edib.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. O, 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilərək, nəqliyyat nazirinin müavini təyin edilib. Bir müddət əvvəl Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib və o, vəzifəsini itirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button