2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

44 günlük müharibədən sonra 266 nəfər minaya düşüb

Yayımlandı: 25 Oktyabr 2022 12:35

Laçının Zabux və Sus kəndlərində evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələlər aşkarlandığı bildirilir

2020-ci il noyabrın 10-da – 44 günlük müharibənin başa çatmasıyla bağlı üçtərəfli bəyanatın imzalanmasından bu yana Azərbaycanda 266 nəfər minaya düşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin bu barədə yaydığı məlumata görə, minaya düşənlərdən 45 nəfər həlak olub. Onların da 35-i mülki şəxs olub.

Saytların yığılması Saytlarin yigilmasi

XİN-in məlumatında bildirilir ki, 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər olub.

Onlardan 38-i qadın, 357 nəfəri isə uşaqdır.

Azərbaycanın xarici siyasət idarəsi vurğulayıb ki, Ermənistan tərəfinin Azərbaycana təqdim etdiyi mina xəritələrinin etibarlılığı 25 faiz olub. Son mina partlayışlarının təqribən 55 faizi Ermənistanın təhvil verdiyi xəritələrdən kənar ərazilərdə baş verib.

Foto: XİN

Bundan başqa, bu ilin avqustunda erməni əhalinin Laçın rayonunu tərk etməsindən sonra rayonun ərazisində 1400-dən artıq 2021-ci il Ermənistan istehsalı E-001M markalı piyada əleyhinə, həmçinin Laçının Zabux və Sus kəndlərində evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələlər aşkarlandığı bildirilir.

“2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq, Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir”, – rəsmi açıqlamada bildirilir.

XİN vurğulayıb ki, mina yerləşdirməsi fəaliyyətini dayandırması, dəqiq mina xəritələrini Azərbaycana təqdim etməsi üçün Ermənistana təzyiq göstərilməlidir. Ermənistan isə Azərbaycan ərazisinə minalar yerləşdirməsi haqda deyilənləri təkzib edir. Ermənistan minalar istehsal və ixrac etmədiyini bəyan edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button