2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

45 milyardlıq kəmər və Ərdoğanla Əliyevin şərikli qaz biznesi

Əcnəbi jurnalistlər “Re:Common” Korrupsiyaya Qarşı Mübarizə Təşkilatının təhqiqat qrupu ilə birgə Türkiyəylə bağlı olduqca maraqlı faktların yer aldığı araşdırma aparıblar.

Yazının hazırlanmasında ayrı-ayrı ölkələrdən olan araşdırmaçı jurnalistlər iştirak edib, çoxsaylı sənəd və hüquqi aktlar öyrənilib.

Saytların yığılması Saytlarin yigilmasi

Yarım il sürən araşdırmalar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailə üzvləri, yaxın ətrafı, onların Azərbaycan hakimiyyəti ilə, Putinin ətrafındakı menecerlər və energetiklərlə bağlılığını faktlarla ortaya qoyur.

Araşdırmanı “Azadlıq”ın oxucularına təqdim edirik:

“İtaliya əhalisinə Avropanın Rusiya qazından asılılığını aradan qaldıran strateji infrastruktur layihəsi kimi təqdim olunan “Trans-Adriatik” (TAP) tarixə üç rejimin qaz kəməri kimi düşə bilər.

Araşdırma zamanı Azərbaycan qazı ilə bağlı müəssisələrlə (səhmdarları və idarəçiləri eyni şəxslər olan) Türkiyə hökuməti arasında olan əlaqələr üzə çıxıb.

TAP – “Şahdəniz-2″dən başlayan, Türkiyədən keçən, Yunanıstandan İtaliyaya qədər uzanan 4 min kilometrlik qaz kəmərinin son hissəsidir.

Uzunluğu təxminən 870 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək.

TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz-2» yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.

Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).

Avropa Komissiyası layihəni 2013-cü ildə dəstəkləyib. Özəl konsorsiuma məxsus olsa da, layihə dövlət fondları tərəfindən maliyyələşdirilir.

Dəyəri 45 milyard avro olan bu nəhəng layihədə bir çox,  xüsusən də Azərbaycan və Türkiyədən olan şirkətlərin maraqları var.

SOCAR-ın Türkiyədə şəbəkəsi

2006-cı ildə açılan “Bakı-Tbilisi-Ceyhan” SOCAR-a Türkiyədə öz maraqlar şəbəkəsini qurmaq üçün əsas yaratdı.

Hazırda SOCAR-ın İstanbulda qeydiyyatdan keçmiş ən azı 25 şirkəti (energetika sahəsində) var. Onların bir qismi Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin Türkiyənin payına düşən hissəsinin (2 min kilometr) gerçəkləşməsində maraqlıdırlar.

Bir yanda Azərbaycandakı hakim rejim tərəfindən idarə olunan enerji şirkətləri, digər tərəfdə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın olan kompaniyalar…

Türkiyəni təmsil edən və SOCAR-la əlaqələri olan məlum şirkətlərin əksəriyyəti Ərodoğanın yaxın ətrafına bağlıdır. Məsələn, Ərdoğanın hazırda energetika naziri vəzifəsini tutan kürəkəni, digər kürəkəni, Türkiyə prezidentini açıq şəkildə dəstəkləyən sahibkarlar, həmçinin hakim AKP-ni təmsil edənlər. Bütün bunları jurnalist təhqiqatında istifadə olunan sənədlər də təsdiq edir.

Bariz nümunələrdən biri Azərbaycan və Türkiyə tərəfinin birgə formalaşdırdığı “Socar Gaz Ticareti” şirkətidir. Şirkət 2012-ci ildə üzə çıxıb və məqsədi Azərbaycandan Türkiyəyə metan satışını təmin etmək olub.

Şəxsi əlaqələr labirintini üzə çıxaran ipucu

Bu şirkət Azərbaycan rejimi ilə Türkiyə hökuməti arasında şəxsi əlaqələr labirintini üzə çıxarmaq üçün çox yaxşı ipucudur. İpi çözməklə Bakı ilə İstanbul arasında bir çox başqa işgüzar əlaqələrin izinə düşmək olur.

“Socar Gaz Ticareti”nin səhmdarları arasında 2 şirkət var – “Socar Turkey Enerji” (səhmlərin 70 faizinə sahibdir) və ilk vaxtlar “Arkgaz Enerji” kimi tanınan, indi “Cig Enerji” adlanan (səhmlərin 30 faizinə sahibdir) şirkət.

“Socar Turkey Enerji” 2006-cı ildə SOCAR tərəfindən təsis edilib. Şirkət səhmlərinin 13 faizini “Goldman Sachs”a satıb.

Beynəlxalq Bank işə Manuel Barrozunu – Avropa Komissiyasının 2004-2014-cü illərdəki sədrini dəvət etməklə müzakirilərin mərkəzinə gəlmişdi. Vəzifədə olduğu müddətdə o, üç hissəyə (TAP, TANAP, SCR) bölünmüş nəhəng layihə ilə bağlı bir çox önəmli sənədə imza atmışdı.

Ziya İlgən

Digər şirkətin – “Arkgaz Enerji”nin Direktorlar Şurasının üzvü Ziya İlgən idi. İlgən Ərdoğanın bacısı Vəzilənin əridir.

Ərdoğan İlgəni özünün etibarlı adamı sayır. Türkiyə prezidenti “Al Jazeera”yə müsahibəsində ötən ilin iyulundakı məlum hərbi qiyamla bağlı ilk həyəcan siqnalını məhz bacısının yoldaşından aldığını və onun sayəsində qurtulduğunu bildirmişdi.

İlgən həmçinin Ərdoanın oğlanlarının və qardaşının sahib olduğu 3 ayrı şirkətdə səhmdarlarından biridir.

“Arkgaz”a gəlincə, onun kapitalı iki şirkət tərəfindən idarə olunur – “Ar Enerji” (70%) və “Cig Petrol” (30%).

“Ar Enerci” şirkəti “Arkgaz”ın səhmlərinin 70 faizinə sahib olan, həmçinin “Socar Gas Ticareti”nin 30 faizinə nəzarət edən holdinqdir.

Ziya İlgən həm də “Ar Enerji”nin ən böyük səhmdarlarındandır. O, şirkətin kapitalının 50 faizinə nəzarət edirdi və 2013-cü ildə səhmlərini satmışdı.

Bu, Türkiyə-Azərbaycan şirkətləri üçün olduqca uğurlu mərhələ idi. Belə ki, bir neçə ay əvvəl Avropa rəsmiləri super qaz kəməri layihəsinə dəstək vermişdilər.

Qəfildən Ərdoğanın yeznəsinin şirkəti korrupsiya ittihamlarının mərkəzinə gəldi. İttihamları müxalifətçi deputat Aykut Ərdoğlu dilə gətirmişdi. Bunun nəticəsi kimi Türkiyə Azərbaycan qazı ilə bağlı müqavilələrdən milyardlarla pul itirməli oldu.

Ömər Faruk Kalyonçu

“Socar Gaz Ticareti”nin nəzarətində olan hər iki şirkət həm də Türkiyənin tanınmış iş adamlarından olan Ömər Faruk Kalyonçu ilə bağlıdır.

Kalyonçu nəzarətində bir sıra qəzet və telekanallar olan, Ərdoğanın etibarlı adamı sayılan sahibkarlardandır.

Onun nəzarətində olan “Turkuvaz media”nın İdarə Heyətinin üzvlərindən biri Ərdoğanın kürəkəni Berat Albayrakın qardaşı Sərhat Albayrakdır.

Ərdoğanın “bankomatı” kimdir?

Digər şirkətin – SOCAR-ın Türkiyədə təsis etdiyi “Socar Turkey Petrol Enerji”nin izləri də Ərdoğana aparır. Şirkətin səhmdarı Ömər Gür adlı şəxsdir. Ömər tanınmış və çox zəngin iş adamı Rəmzi Gürün oğludur.

Türkiyə müxalifəti Rəmzi Gürü Ərdoğanın “bankomatı” adlandırır.

Türkiyə mediası Ərdoğanla Rəmzi Gürü belə əlaqələndirir

Gür Ərdoğana hakimiyyətin “açarını” verən sahibkarlardandır. Nəzarətində nəhəng infrastrukturlar, enerji resursları, kütləvi informasiya vasitələri olan bu şəxsin həm də Doğan ailəsi (“Star Media”nın səhmdarı və Direktorlar Şurasının üzvü ) ilə qohumluq əlaqələri var.

Məlum media holdinqin adı səhm paketinin satışı zamanı yaşanan qalmaqalın mərkəzinə gəlmişdi. Qalmaqala Ərdoğanı dəstəkləyən başqa bir iş adamının – Fəttah Tamincenin də adı qarışmışdı.

Tamince həm də “Arkgaz Enerji” Direktorlar Şurasının üzvüdür. 2013-2014-cü illərdə Tamince əvvəl “Star Media”nın səhmlərinin satdı, daha sonra 50 faizini “Socar Turkey Media”dan satın aldı.

Bu arada, “Socar Turkey Media”nın təsisçisi də adından bəlli olduğu kimi Azərbaycan Dövlət Neft Şirkətidir.

Ərdoğana yaxın iş adamları həm də TANAP-ın reallaşdırılması üçün tenderləri qazanan şirkətlərə nəzarət edirlər.

Onların arasında xüsusi seçilən “Kalyon Insaat”dır. Nəhəng tikinti işləri aparan bu şirkət yuxarıda bəhs etdiyimiz Ömər Faruk Kalyonçunun rəhbərlik etdiyi şirkətlər qrupuna daxildir.

Şirkətlərarası bu heyrətamiz əməkdaşlıq (Azərbaycan qaz biznesi və Ərdoğanın yaxın ətrafı) nə qədər gizli saxlanılsa da, “düyün” bu işdə maraqlı olan şəxslərin vasitəsilə çözülür.

Müəllimlikdən nəhəng biznesə…

Qayıdaq, Ərdoğanın bacısının həyat yoldaşı Ziya İlgənə. Bir vaxtlar müəllim işləyən İlgən Ərdoğanın hakimiyyətə gəlişi ilə iş həyatına qədəm qoyub.

İstanbulda onu ictimaiyyət arasında heç vaxt görünməyən “açar” siyasi fiqur hesab edirlər.

İlgən biznesini üç şirkət və Ərdoğanın üç yaxın adamı ilə aparır – Türkiyə prezidentinin qardaşı Mustafa, oğlanları Əhməd Burak, Nəcməddin Bilal.

Bu üç ailə şirkəti – BMZ, “Tuzla Tanker” və “Bumerz” gəmi daşımaları ilə məşğul olur.

İlgən “Tuzla”da Mustafa Ərdoğan kimi İdarə Heyətinin üzvüdür. “Bumerz”də isə M.Ərdoğan və Ə.Burakla birgə idarəçilərdən biri idi.

Şirkəti BMZ adlanması təsisçi-səhmdarların adları ilə bağlıdır – Bilal, Mustafa, Ziya.

Ziya İlgən “Arkgaz Enerji”nin rəhbər heyətində 2013-dən 2014-dək yer alıb. 2013-də həm də “Ar Enerji”nin səhmdarlarından olub.

Arxiv sənədlərindən məlum olur ki, İlgən əlində olan 50 faizlik səhm paketini 2013-ün oktyabrında Camal Kalyonçuya və Ömər Faruk Kalyonçuya satıb. Hər birinə 25 faizlik səhm paketi.

Ömər Faruk kimdir?

Ömər Faruk “Kalyon” şirkətlər qrupunun qurucusu Həsən Kalyonçunun oğludur. Şirkətin fəaliyyət dairəsi tikinti biznesindən tutmuş, enerji və infrastruktur layihələrinə qədər bir çox sahələri əhatə edir.

Ərdoğan iqtidarında “Kalyon” ən böyük və ən mübahisəli layihələrə müəlliflik edib. Məsələn, İstanbulun şimalında üçüncü hava limanının inşası, şəhər metropoliteni, yeraltı tunel və s.

Kalyonçu ailəsi açıq şəkildə Türkiyə prezidenti ilə bağlıdır. Ərdoğan ailənin 3 ayrı nikah mərasimində şahid olub – 2004-də Ömər Farukun toyunda, 2014-də Ömərin əmisi oğlu Mehmet Kalyonçunun toyunda, 2015-də Ömərin bacısı Kübranın toyunda.

Ömər Faruk həm də “Zirve Holding”in sahibi və prezidentidir. Bu şirkətin adı media nəhəngi “Turkuvaz”ın səhmlərinin satışı zamanı yaranan mübahisədə gündəmə gəlmişdi.

Sənədlərdən məlum olur ki, “Zirve” şirkəti 2013-cü ildə – bu mediaholdinqin alınmasından bir neçə ay əvvəl təsis edilib.

2013-cü ildəki antikorrupsiya təhqiqatı üzrə məhkəmə materiallarından bəlli olur ki, bu satınalma Ərdoğanın birbaşa sifarişi ilə həyata keçirilib. İddialara görə, Ərdoğan ayrı-ayrı sahibkarlara müraciət edərək həddən artıq liberal KİV-ləri satın almalarını istəyib.

Təbii ki, təsisçinin dəyişməsi ilə həmin qəzet və telekanallar Ərdoğanın partiyasına yaxın olublar.

Mühasibat sənədlərində məhz Ömər Kalyonçu “Ar Enerji”nin sahibi və idarəçisi kimi göstərilir. O bu şirkəti də “Zirve” vasitəsilə idarə edirmiş.

Ömər Faruk həm də “Arkgaz Enerji”nin prezidentidir. “Kalyon” Ərdoğanın dövründə İstanbulda qaz kəməri, metropoliten, universitet, xəstəxana, su kəməri, bəndlər, magistral yollar inşa edib.

Fəttah Tamince “Rixos” otellər şəbəkəsinin sahibidir. 2004-cü ildə verdyi məşhur müsahibəsində demişdi ki, Azərbaycana səfəri zamanı…

Ardı var

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button