2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

48 kiloqram narkotik vasitəni satmaq istəyənlər tutuldu

Cəlilabad rayon sakinindən 30 kiloqram narkotik tutulub.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, rayonun Albalan kəndi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş rayon sakini Seyfəddin Cəfərov saxlanılıb. Onun əlindəki yük çantasına baxış zamanı oradan 30 kiloqram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı S.Cəfərov həmin narkotik vasitəni satmaq niyyəti ilə 13 saylı cəzaçəkmə müəssisəsində həbsdə olduğu müddət ərzində tanış olduğu Zülfi adlı İran vətəndaşından əldə etdiyini bildirib. Baş idarə əməkdaşlarının Biləsuvar rayonu, Cürəli kəndi ərazisində həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində isə əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Şahin Mirzəzadə saxlanılıb. Saxlanılan şəxsdən əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 18 kiloqram olan narkotik vasitə – tiryək aşkar olunaraq götürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Araşdırmalarla müəyyən olunub ki, Ş.Mirzəzadə narkotik vasitələri İran İslam Respublikasının Ərdəbil şəhərində tanış olduğu “Dadaş” adlı şəxsdən əldə edib.

İran vətəndaşı Ş.Mirzəzadəyə külli miqdarda narkotik vasitələri respublikamızın ərazisinə keçirməyi və bunun müqabilində ona 2000 ABŞ dolları verəcəyini vəd edib. Saxlanılan şəxs təklifini qəbul edib həmin narkotik vasitələri əldə edərək ölkəyə gətirən zaman polis əməkdaşları tərəfindən tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button