Now Reading:
5 ay əvvəl meyiti tapılan qadını atası yox, bacısının əri öldürübmüş

5 ay əvvəl meyiti tapılan qadını atası yox, bacısının əri öldürübmüş

Salyanda 5 ay əvvəl qətlə yetirilmiş qadının atası tərəfindən deyil, bacısının həyat yoldaşı tərəfindən öldürüldüyü məlum olub.

Ötən il avqustun 21-dən 22-nə keçən gecə Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsində yaşayan 33 yaşlı Qurbanova Gülnar Eldar qızının meyiti yaşadığı evdə tapılmışdı. Hadisədən 3 gün sonra qadının atası – 62 yaşlı Eldar Əliheydər oğlu Qurbanov şübhəli şəxs qismində saxlanılmışdı. Onun qızını şəxsi münasibətlər zəminində iplə boğaraq qətlə yetirdiyi deyilirdi.

Amma sonradan rayon hüquq-mühafizə orqanalrı əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində yaşadığı evdə meyiti tapılan qadının atası yox, bacısının əri, 1980-cı ildə anadan olmuş Əhədov Anar Məmmədağa oğlu tərəfindən şəxsi münasibətlər zəmnində boğularaq öldürüldüyü məlum olub və o şübhəli şəxs qismində saxlanılıb.

Qızını qətlə yetirməkdə şübhəli bilənərək 5 ay əvvəl saxlanılmış Eldar Qurbanovun isə Salyan Rayon Prokurorluğunda davam etdirilən istintaqın nəticələrindən asılı olaraq yaxın günlərdə azadlığa buraxılacağı gözlənilir. (Virualaz.org)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.