2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

5-ci kolon rejimin özüdür

Rafiq Manaflı

Bütün xarakterik cizgilərinə görə Əli Əhmədovdan iki boy yuxarıda dayanan Əli Həsənov işdən çıxarılanda “bütün ömrümü ata-bala Əliyevlərə nökərçilik etmişəm” – deyə gileylənmişdi. O da vaxtı ilə Milli Şuranın, Əli Kərimlinin ünvanına müxtəlif epitetlər, hədyanlar söyləyirdi. İndi İlham Əliyevin yüngül əli ilə əsl zibilxanaya çevrilmiş AMEA-da qısılıb 7 kv. metrlik bir otağa, atılıb zibilliyin bir küncünə.
Nə olar, vuruşursansa adama virus da deyib söyərlər. Amma bunu yaşamını kiməsə qulluq etməkdə görən, bütün duyğu orqanları ilə İlham Əliyevin ağzına baxan, xoruz baba kimi tanınan boz bir məxluq deyəndə adamın cızdağı çıxır.
Son zamanlar tez-tez təkrarlanan 5-ci kolon sözü isə görünür Əliyev administrasiyasının mərkəzləşdirilmış şəkildə dövriyyəyə biraxdığı ifadədir. Saydıqları müxalifətin içində bir xarici ölkədən nə pul, nə də orden, medal alan bir nəfər də yoxdur. Amma ölkəmizin bütün bəlalarının arxitektoru Rusiyadan təltifat alanlar Əli Əhmədovun bütün sağ-soludur. O Rusiyadan ki, özü xarici təsirə düşmək təhlükəsi ilə məmurlarının xarici ölkələrdən orden, medal almasına qadağa qoyub.
Rusiyaya milyardlarla rüşvət verənlər, otkat alıb Rusiyanın Azərbaycana qarşı törətdiklərinə şərik olanlar Əli Əhmədovun hər gün salamlaşdığı adamlardır. Ölkəni virus, mikrob kimi, bakteriya kimi, göbələk kimi gəmirib offşorlara daşıyanlar Əli Əhmədovun hər gün görüşüb-öpüşdüyü adamlardır.
Bu gün Azərbaycanda dövlətimizi, iqtisadiyyatımızı dağıdan virus da, hakimiyyəti qəsb edib ölkəni Rusiyanın vassalına çevirən 5-ci kolon da rejim özüdür.
Tarixin zibilliklərindən çox danışmasınlar, bunların heş orada da yerləri yoxdur. Bunlar tarixin kanalizasinda yuyulub gedəsi töküntülərdir.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button