2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

5 manat qazanmaq üçün professor olmalısan

Azərbaycanda universitetlərdə, ali hərbi məktəblərdə və ixtisasartırma kurslarında saathesabı dərs verən müəllimlərin maaşı artırılıb. Fins.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” qərarda dəyişiklikləri təsdiq edib.

Dəyişikliyə görə, universitetlərdə, kolleclərdə, eləcə də ixtisasartırma kurslarında və fəhlələrə saathesabı dərs verən professorlara 1 ssat üçün 4,85 manat, dosentlərə 3,20 manat, sıravi müəllimlərə isə 2,50 manat ödəniləcək. Xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyicilərinə dərslər verən professorların 1 saatlıq əməyinə 5,75 manat, dosentlər 4,75 manat, sıravi müəllimlər isə 2,80 manat ödəniləcək.

Saytların yığılması Saytlarin yigilmasi

İxtisasartırma kurslarında işləyənə isə bir qədər artıq maaş veriləcək. Daha ətraflı “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nin cədvəlindən öyrənə bilərsiz:

Təhsil alan kontingent

Pedaqoji işçilər

professor, elmlər

doktoru

dosent, fəlsəfə

doktoru

elmi dərəcəsi, elmi adı olmayan şəxslər

 


Bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələ-rinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr

 4,85

3,20

2,50

Xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri

5,75

4,15

2,80

Aspirantlar, ali təhsilli rəhbər işçilərin və mütə-xəssislərin ixtisasartırma kurslarının dinləyiciləri

6,95

4,85

3,20

 

Qeyd edək ki, əməyin saathesabı ödənilmə məbləğlərinə məzuniyyət haqqı da daxil edilir. Dəyişikliklərdə resenzentlərin və poza nümayişçilərinin əməyi də qiymətləndirilib. Belə ki, müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,75 manat, dosent, fəlsəfə doktoru üçün 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 manat müəyyən edilib.
Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,65 manat, çılpaq naturada isə 6,05 manat məbləğində müəyyənləşib.
Qərara əsasən, əməyin saathesabı ödənilmə məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunur.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button