Now Reading:
5 nəfərin yaralandığı dəhşətli qəzanın görüntüləri – VİDEO – FOTO

Lənkəran – Lerik yolunda qəza olub.

ARB TV xəbər verir ki, hadisə səhər saat 6 radələrində Lerik rayonunun Hamarmeşə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Nodar kənd sakini Teymur Zərbiyevin sükanı arxasında olduğu avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb. Avtomobildə olan 5 nəfər – Lerik rayon sakinləri, 64 yaşlı Nurxan Zərbiyev, 40 yaşlı Teymur Zərbiyev, 40 yaşlı Şəhla Zərbiyeva, 58 yaşlı Aygün Kişiyeva, 31 yaşlı Adoğlan Kişiyev xəsarət alıb.

Yaralılar kənd sakinlərinin köməyi ilə avtomobildən çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması olub.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.


SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.