Now Reading:
50 milyona Azərbaycan vətəndaşlığını almaq olar

50 milyona Azərbaycan vətəndaşlığını almaq olar

Azərbaycan qanunvericiliyinə müvafiq olaraq, bütün lazımi normalara riayət olunduğu halda, Azərbaycan vətəndaşlığını almaq olar. Belə ki, əgər bir şəxs Azərbaycan iqtisadiyyatına 50 mln. manat yatırım etsə, bizim ölkənin vətəndaşlığını sadələşdirilmiş sistemlə ala bilər”.

Bu barədə Dayanıqlı inkişaf tədqiqat mərkəzinin sədri Nəriman Ağayev deyib.

Onun sözlərinə əsasən, bu zaman investor Azərbaycanda daimi yaşayış hüququ əldə etmiş olur.

“Ona görə də Azərbaycan vətəndaşlığını “satmağa” ehtiyac yoxdur. Lakin bu yolla xarici investorları ölkəmizə cəlb etmək olar. Məsələn, ölkədə bu və ya digər layihənin həyata keçiriləcəyini elan etmək və xarici investorlar tərəfindən maraq olduqda, onlara investisiya qarşılığında vətəndaşlıq təklif etmək olar”.

Qeyd edək ki, qanuni əsaslarla ölkəmizin ərazisində son beş il ərzində yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycanın Konstitusiya və qanunlarına riayət edən, dövlət dilini bilməsi haqqında müvafiq sənədləri təqdim edən xarici vətəndaşlar, yaxud vətəndaşlığı olmayan şəxslər irqindən və milliyyətindən, cinsindən, təhsilindən, dini mənsubluğundan, siyasi və digər baxışlarından asılı olmadan, qanunvericiliyə müvafiq olaraq, öz ərizəsi əsasında Azərbaycan vətəndaşı ola bilərlər.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.