2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

5000 mAh-lıq batareyaya sahib yeni büdcəli POCO M4 5G təqdim olunub – QİYMƏTİ

    POCO brendi yeni büdcəli POCO M4 5G smartfon modelini təqdim edib. Faktiki olaraq bu smartfon yeni model deyil. O sadəcə olaraq Redmi 10 5G modelinin rebrendinq olunmuş versiyasıdır. Beləliklə POCO M4 5G modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib 2408×1080 piksel keyfiyyətli 6.58 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşir. Barmaq izi skanı texnologiyası isə yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı POCO M4 5G-nin gövdəsi IP52 standartı üzrə sudan qorunur və özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir.

Saytların yığılması Saytlarin yigilmasi

    Əsas texniki göstəricilər baxımından smartfon MediaTek Dimensity 700 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bundan əlavə olaraq smartfon həmçinin 5 vatt gücündə olan ikitərəfli şarj texnologiyasının dəstəyinə də sahibdir. Bunun sayəsində digər aksesuarları sözügedən smartfon vasitəsilə şarj etmək olar. POCO M4 5G modeli MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfon Hindistanda satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı barəsində bir məlumat yoxdur. POCO M4 5G-nin Hindistandakı satış qiymətləri isə aşağıdakı kimidir:

– 4 GB RAM + 64 GB yaddaş – 170$

– 6 GB RAM  + 128 GB yaddaş – 196$.

24 saat” “5000 mAh-lıq batareyaya sahib yeni büdcəli POCO M4 5G təqdim olunub – QİYMƏTİ” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button