2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

518 yeni yoluxma aşkarlanıb

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 518 yeni yoluxma faktının qeydə alındığı və bu virusa yoluxanlardan da 871 nəfərin sağaldığı bildirilir.

Bu barədə bu gün, dekabrın 13-də məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargahın bildirməsinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər də vəfat edib.

Saytların yığılması Saytlarin yigilmasi

Qərargahdan vurğulandığına görə, indiyədək ölkədə ümumilikdə 604 min 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 577 min 135-i sağalıb, 8 min 104-ü vəfat edib, aktiv xəstə sayı 19 min 759-a düşüb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button