2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

55 yaşlı 7 qız atası qonşu qızını qaçırdı – VİDEO – FOTO

Mardində 6 gündür bir xəbər-ətər olmayan 17 yaşlı H.S.-nin 7 qız uşağı atası, 55 yaşlı qonşuları tərəfindən qaçırıldığı iddia edilir. M.A.S. adlı şəxs oğlan övladı olmur deyə qonşu qızını istəyib.

Milli.Az hurriyet-ə istindən xəbər verir ki, qonşuları evli, 7 qız uşağının atası, 55 yaşlı M.A.S.-ın oğlan övladı olmadığını söyləyərək, bir ay əvvəl qızlarına elçi düşdüyünü, ancaq rədd etdiklərini bildirərək, bu adamdan şikayətçi olublar. Şübhəli M.A.S.-ın ailəsi ilə birlikdə qaldıqları evi tərk etdiyi məlum olub.

Ailəsiylə birlikdə yaşayan H.S., hadisə şahidlərinin ifadələrinə görə, fevralın 3-də axşam saatlarında evlərinin qarşısından qaçırılıb. Hadisəni polisə bildirən ata Muhsin Semin ürək xəstəsi olduğunu və xəstəxanaya gedəndən sonra qızının qaçırıldığını söyləyib. M.Semin qızını daha əvvəl istəməyə gələn M.A.S.-ın qaçırdığını iddia edərək deyib: “Uşağımızın tapılmasını istəyirik. Onu qaçıran onun tayı olsaydı və qızım istəsəydi, 18 yaşına çatanda evlənsin deyərdim. Amma həm yaşı çox, həm də zorla qaçıraraq necə belə bir şey edə bilər?

Saytların yığılması Saytlarin yigilmasi

Evli olan şəxs 7 qız uşağı sahibidir. Bizim evə gəlib: “Oğlan övladım olmur”, – deyə qızımla evlənmək istədiyni demişdi. Biz də qızımın həm yaşı azdır, həm də o özü də istəmir demişdik”.

Polislər H.S.-i qaçırdığı iddia edilən şəxsin axtarışını davam etdirir.

 

55 yaşlı 7 qız atası qonşu qızını qaçırdı

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button