550-dən artıq uşaq bağçası ‘izsiz’ yoxa çıxıb
“2013-cü ilin rəsmi statistik bilgilərinə görə, uşaq bağçaları ölkə ərazisinin cəmi 16 faizini əhatə edir. Şəhərlər üzrə bu göstərici 24, kənd yerlərində isə 8 faiz olub”.
Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov məktəbəqədər təhsilin durumunu şərh edərkən belə deyib.
Buna da bax: Uşaq bağçaları restoran olub?
Onun bilgisinə görə, 2012-ci ildə Azərbaycanda 1667 uşaq bağçası mövcud olub. Halbuki, 90-cı illərin əvvəlindəki özəlləşdirməyə qədər ölkədə 2185 məktəbəqədər uşaq müəssisəsi fəaliyyət göstərib. Onlardan 300-ü özəlləşdirmə prosesində yox olub, digər müəssisələrin taleyi barədə isə rəsmi bilgilər yoxdur.
“O vaxtdan əhali xeyli artıb, bağçaların sayı isə təxminən 2 dəfə azalıb”.
Buna da bax: Hökumət qənaəti niyə uşaqların hesabına etmək istəyir?
Bağçaları özəlləşdirmə “yeyib”
Ekspert deyir ki, özəlləşdirmə adı altında ayrı-ayrı şəxs və təşkilatlar uşaq bağçalarını alıb. Onların yerində isə şadlıq evləri, gözəllik salonları tikilib.
Dövlət Statistika Komitəsinin bilgilərinə əsasən, 2011-ci il 1 yanvar tarixinə ölkədə fəaliyyət göstərən 1624 dövlət və 11 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 108 min uşaq tərbiyə alıb.
2006-2007-ci tədris ilində məktəbəqədər tədris prosesinə 4380, 2007-2008-ci tədris ilində 4480, 2008-2009-cu tədris ilində 5600, 2009-2010-cu tədris ilində isə 6700 uşaq cəlb olunub.
Buna da bax: Nəsimi rayonunda ağacları günorta kəsir, sonra torpaqlayırlar
Bununla bağlı, digər illərin rəsmi statistikası isə açıqlanmır.
24saat.org
Mənbə – azadliq.org