2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaSiyasət

57 millət vəkili barəsində istintaq başladı – TÜRKİYƏ YENİDƏN QARIŞA BİLƏR

Türkiyədə 57 millət vəkili barəsində istintaq başlayıb.

“Anadolu”nun verdiyi məlumata görə, onların arasında Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da var.

Türkiyədə konstitusiya dəyişikliyindən sonra 152 deputat barəsində 799 cinayət işinin istintaqının aparılması və icraata götürülməsi ilə bağlı maneələr aradan qalxıb. Bu səbəbdən iyunun 9-da Ədliyyə Nazirliyi 117 cinayət işini müvafiq prokurorluqlara göndərib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlum olub ki, 117 cinayət işindən 94-ü HDP, 16-sı CHP, 3-ü MHP, 4-ü isə AKP millət vəkilləri barəsindədir. Təkcə HDP həmsədri Səlahəddin Dəmirtaşla bağlı 15 cinayət işi var. CHP sədri Kamal Kılıcdaroğlu barəsində isə 5 cinayət işi üzrə istintaq aparılacaq.

Bundan əlavə, Türkiyə parlamenti də 139 deputat barəsində 682 işi Ədliyyə Nazirliyinə göndərib.

Xatırladaq ki, mayın 20-də Türkiyə Böyük Millət Məclisi (TBMM) deputatların toxunulmazlıq hüququnun qaldırılması ilə bağlı konstitusiyaya dəyişiklik layihəsini 376 səs lehinə olmaqla qəbul edib. Prezident Rəcəb Tayyib Ərdoğan sənədi imzalayıb. Bu dəyişiklik terrorçularla əməkdaşlıq edən deputatların toxunulmazlığını aradan qaldıqmağa və onlara qarşı cinayət işi açılmasına imkan verir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button