2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

57 yeni yoluxma aşkarlanıb, 11 ölüm


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

57 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 273 nəfər sağalıb.

Bu məlumatı bugün, yanvarın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 11 nəfər də vəfat edib:

Saytların yığılması Saytlarin yigilmasi

“İndiyədək ölkədə ümumilikdə 229 min 32 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 min 565 nəfər sağalıb, 3093 nəfər vəfat edib, aktiv xəstə sayı 5 374 nəfərdir”.

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 3257, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 364 min 809 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button