Loading...
Loading...
İqtisadiyyat

6 bankın əməliyyat gəlirləri 50 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin I yarısındakı əməliyyat gəlirləri 50 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (363 milyon 774 min manat), “Azərbaycan Beynəlxalq Bankı” (314 milyon 759 min manat), “PAŞA Bank” (188 milyon 672 min manat), “Unibank” (72 milyon 921 min manat) və “Xalq Bank” (52 milyon 834 min manat) ASC-lər, “Access Bank” QSC-dir (50 milyon 109 min manat).

Qalan 20 bankdan 16-da əməliyyat gəlirləri 10-50 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır.

10 bankın əməliyyat gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun bu ilin I yarısındakı əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bunlar “Express Bank”, “Bank BTB”, “Azər-Türk Bank”, “Bank Respublika”, “Azərbaycan Sənaye Bankı”, “Premium Bank”, “Xalq Bank” və “AFB Bank” ASC-lər, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lərdir.

Ən çox azalma “AFB Bank”da (41,8%), ən az azalma isə “Express Bank”da (0,1%) qeydə alınıb.

Qalan 16 bankın isə əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (2 dəfə), ən aşağı dinamika isə “Günay Bank” ASC-də (1,5%) qeydə alınıb.

renkinq

Instagram

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Müharibə buğda bazarını da vurdu - Tarixi bahalaşma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button