Loading...
Loading...
İqtisadiyyat

6 bankın nizamnamə kapitalı artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu il iyulun 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.

Bunlar “Turan Bank”, “Kapital Bank”, “Yelo Bank”, “Naxçıvan Bank”, “PAŞA Bank” və “Muğan Bank” ASC-lərdir.

Ən yüksək dinamika “Turan Bank”da (14,3%), ən aşağı dinamika isə “Muğan Bank”da (4,9%) qeydə alınıb.

Qalan 20 bankın nizamnamə kapitalı dəyişməyib.

5 bankın nizamnamə kapitalı 300 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il iyulun 1-nə nizamnamə kapitalı 300 milyon manatdan çox olub.

Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 milyard 241 milyon 287 min manat), “Yelo Bank” (378 milyon manat), “Xalq Bank” (364 milyon 773 min manat), “PAŞA Bank” (354 milyon 512 min manat) və “Bank VTB Azərbaycan” (315 milyon 815 min manat) ASC-lərdir.

Qalan 21 bankdan 2-də nizamnamə kapitalı 200-300 milyon manat arasında, 5 bankda 100-200 milyon manat arasında, 10 bankda 50-100 milyon manat arasında, 3 bankda minimum tələbə uyğun – 50 milyon manat, 1 bankda isə 10 milyon manatdan azdır.

renkinq

Instagram

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  "Müharibə davam etsə, Rusiya hökuməti ixracın qarşısını alsa…"

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button