2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

6 rusiyalı azarkeş saxlanıb

Köln polisi altı rusiyalı azarkeşi saxladığını bildirir. Onlar iyunun 16-da Kölndə baş kilsənin yaxınlığında üç ispan turisti döyməkdə şübhəli sayılırlar.

Polisin məlumatına görə, ispanlardan ikisi ağır yaralanıb. Ruslar Fransadan Avro 2016 çempionatından Moskvaya qayıdırmışlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bir polis əməkdaşının TASS agentliyinə dediyinə görə, yeddi rusiyalı azarkeş 3 ispana hücum edib, polis onlardan altısını saxlaya bilib, biri qaçıb. Hamısının üstündə Rusiya-İngiltərə matçının bileti olub.

“Onların Fransadan deportasiya olunub-olunmadığını bilmirik”, Köln polisindəki mənbə söyləyib. Həmin şəxslərin Moskvaya uçuş biletləri və Rusiya pasportları varmış

Berlindəki Rusiya konsulluğu məsələni dərhal şərh etməyib.

Fransa 20 rusiyalını ingilis azarkeşlərə ciddi xəsarət yetirdiyi üçün deportasiya etdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button