2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

6 yaşlı qızını bir qutu yağ və yarım kisə qəndə 55 yaşlı Seyidə ərə verdi – Video

Əfqanıstanda 55 yaşlı Seyid 6 yaşlı qızla evlənib.

Qızın atası övladına görə “süd pulu” qismində bir keçi, bir kisə düyü, 12 qutu çay, bir qutu yağ və yarım kisə qənd alıb.
Toydan sonra “təzə” bəy Seyid Əbdülkərimlə qızın atası həbs olunublar.
Olay Əfqanıstanın Qor vilayətindəki Firozgoh rayonunda yaşanıb.
7 yaşlı Çarabgülün atasının polisdə verdiyi ifadəsinə görə, qızını 55 yaşlı kişiyə ərə vermək istəmirdi, amma ehtiyac buna vadar edib: “Ailəm çox acdı, yoxsuluq, yeməyə heç nə tapmırdıq. Qızımı ərə verməyimin səbəbi də o biri uşaqlarımı saxlamaq istəyi olub. Üstəlik, qızımı ərə verəndən sonra evdə yeyənlərin sayı bir nəfər azalacaqdı”.
Əfqanıstanın Ədliyyə Naziri Çərabgülün ata və anasını valideyn hüquqlarından məhrum etməyə hazırlaşır.
Olay barədə polisə Firozgahın mollası xəbər verib.
“55 yaşlı Seyid yanında 6 yaşlı qızla yanıma gəldi. Elə bildim uşağa dua yazdırmaq istəyir. Qız dayanmadan ağlayırdı. Soruşanda ki, nəvənənə olub, niyə ağlayır – kişi başını buladı. Dedi ki, bu uşaq onun qızı nəvəsi yox, arvadıdır: “Halal arvadımdır, toy gecəmiz də olub”. Dəhşətə gəldim. Bu murdar adama söydüm, həyətə qovdum və dərhal polisə zəng vurdum”, – molla Zahir Ömər deyib.
Ötən həftə Əfqanıstanda 60 yaşlı molla 7 yaşlı qızla “evləndiyi” üçün həbs olunmuşdu./milli.az/

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button