2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Xədicə İsmayılın həbsində adı hallanan jurnalist aclıq keçirir

Xədicə İsmayılın həbsində zərərçəkmiş kimi tanınan jurnalist Tural Mustafayev aclıga başlayıb. Bu barədə Azadliq.info-ya onun atası Bulud Mustafayev məlumat verib.

Jurnalist aclıq aksiyasına səbəb kimi ölkədən çıxışına qoyulmuş qadağanın hələ də götürülməməsini göstərib. Atasının bildirdiyinə görə artıq 6 gündür ki, Tural Mustafayev yaşadığı Göyçay şəhərində açlıq keçirir. Səhhəti ağırlaşıb, danışa bilmir. Təcili tibbi yardımdan həkimlər gəlib müayinə ediblər. Əvvəlcədən də onun səhhətində problemlər vardı. Elə sağlamlığı ilə bağlı Rusiya Federasiyasına gedib müalicə olunmaq istəyir, amma imkan vermirlər.
Tural Mustafayevin ölkədən çıxışına qadağa 2014-cü ilin dekabrın 17-də Respublika prokrorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən qoyulub. Araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsində Tural Mustafayev zərərçəkmiş kimi tanınırdı. 2015-ci ilin sentyabrın da Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayıla hökm çıxarılarkən həmin hissə ilə bağlı epizoda xitam verilmişdi.

Atasının dediyinə görə bundan sonra dəfələrlə aidiyyatı qurumlara Turalın ölkədən çıxışına qoyulmuş qadağanın aradan qaldırılmasıyla bağlı müraciət olunub. Amma heç bir əsas göstərmədən qərarı dəyişdirmirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladırıq ki, Tural Mustafayev məhkəmədə Xədicə İsmayıla qarşı ondan şantaj yolu ilə ifadə alınmasını bildirmişdi. Sosial şəbəkələrdə keçmiş MTN-in antiterror mərkəzinin yüksək vəzifəli şəxsləri tərəfindən ona qarşı zorakılıq edilməsi barədə video müraciət yaymışdı. //azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button