2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bu xəstəliklərin çarəsi çılpaq yatmaqmış

Amerikalıların yalnız 8 faizi çılpaq yatarkən, Avropada bu göstərici daha yüksəkdir. Məsələn, ingilislərin üçdə biri çılpaq yatır. 24saat.org bildirir ki, Azərbaycanda buna dair bir statistika yoxdur. Halbuki çılpaq yatmanın sağlamlığa bir çox faydası var.

Son elmi araşdırmalara görə çılpaq yatmanın 5 faydası:

1) Yuxusuzluğa SON

Saytların yığılması Saytlarin yigilmasi

cilpaq1

Avstraliyada aparılan bir araşdırmaya görə sağlam şəkildə yuxuya getmək üçün bədən istiliyinin aşağı düşməsi lazımdır. Qalın Pijamalar və corablar bədənin yuxu öncəsi özünü soyutmasına maneə törədir. Yəni çılpaq yatmaq, insomnia xəstəliyinin həlli ola bilər.

2) Daha dərin və UZUN BİR YUXU

Hollandiyada aparılan araşdırmada isə tədqiqatçılar təcrübə üçün razılıq verən insanlara bədənin istiliyini aşağı salan termal pijamalar geydiriblər. Bunun sayəsində daha dərin bir yuxu və bu dərin yuxunun daha uzun müddət davam etdiyi elmi şəkildə təsdiqini tapıb.

3) Göbəyi YUXUDA əritmək

cilpaq2

ABŞ-da aparılan araşdırmada isə, soyuq bir otaqda yatan şəxslərin daha çox kalori sərf etdiyi və insulin həssaslığının daha dinamik olduğu təsbit edilib. Gecələri bədəni təbii yollardan soyutmaq, kortizol hormonunu da aşağı salır. Bu da iştahı sağlam qidalara yönələcək şəkildə tənzimləyir.

4) Dəri xəstəliklərinin çarəsi

Xüsusilə ayaq, qoltuqaltı və genital bölgələrə hava dəyməsi, ayaq göbələyi və pişkinliyin qarşısını almaq üçün çox təsirlidir.

5) Qocalmanın qarşısını alır

cilpaq3

Yenə ABŞ-da aparılan bir başqa araşdırmaya görə yuxu, çılpaq yatmaq böyümə və melatonin hormonlarını ifrazında kritik əhəmiyyətə malikdir. Bunlar ən təsirli anti-aging hormonlarıdır. Çılpaq yatmanın yuxunun keyfiyyətini artırdığı nəzərə alınarsa, bunun qocalmaya qarşı təsiri də ortaya çıxmış olur.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button