2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaSiyasət

Erməni hərbçilər Moskvaya gedir

Ermənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin baş qərargahının birləşdirilmiş işçi qrupu aprelin 25-dən 27-dək Moskvada təlimlərdə iştirak edəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.

Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin hərbçiləri idarəetmə orqanlarının və güclərin formalaşması, həmçinin operativ və döyüş hazırlığı üzrə tədbirlərdə iştirak edəcəklər.

Aprelin 14-də İrəvanda KTMT üzvü olan ölkələrin hərbi komitəsinin növbəti səkkizinci iclası olub. İclasda iştirak etmək üçün İrəvana təşkilata üzv ölkələrin – Belarus, Qazaxıstan, Rusiya, Tacikistan silahlı qüvvələrinin baş qərargah rəisləri, həmçinin KTMT-nin katibi gəlib. KTMT-nın iclasında bir sıra sənədlər imzalanıb.

Saytların yığılması Saytlarin yigilmasi

600@0

Keçən il dekabrın sonlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik Rusiyadan Emənistana keçib. Bu barədə təşkilatın keçirilən iclasında qərar qəbul edib. Vladimir Putin Serj Sarkisyanı təşkilatda rəhbərliyi münasibəti ilə təbrik edib. Qapalı formatda keçirilən görüşdə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan prezidentləri və təşkilatın birinci katibləri iştirak edib.

Hərbi siyasi birlik olan KTMT 1992-ci ildə yaradılıb. Təşkilata Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan daxildir. Eyni zamanda, təşkilat mütəmadi olaraq Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstək bəyanatları da səsləndirir.

1992-ci il mayın 15-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində ilk dəfə imzalananan müqaviləyə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan imza atıb. 1993-cü ildə isə Azərbaycan, Belarusiya və Gürcüstan da qoşuldu. Bununla belə, Azərbaycan 1999-cu ildə müqavilənin vaxtını uzatmaqdan imtina edərək təşkilatı tərk edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button