Gündəm

Ermənilər Tərtərə 2 raket atdı – TƏLAFAT YOXDUR!

Xəbər verdiyimiz kimi, bu gecədən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının əraziləri müntəzəm olaraq iri-çaplı silahlardan atəşə tutulmağa başlayıb. Bu dəqiqələrdə Tərtər rayonundan aldığımız məlumata görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində yerləşən qanunsuz birləşmələri tərəfindən atılan 2 raket rayon ərazisinə düşüb. Ölən və yaralanlar barədə məlumat əldə etmək mümkün olmasa da, rayon xəstəxanasına yaralı gətirilmədiyini dəqiqləşdirmək mümkün olub.

Hələlik Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təsdiqləməyib.

24saat.org

Back to top button