2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Rusiya Qarabağ müharibəsinə hökmən müdaxilə edəcək”

Sülhəddin Əkbər : “Bu problemi yaradan da, idarə edən də Rusiyadır”

“Rusiya Qarabağ müharibəsinə hökmən müdaxilə edəcək”.

Bunu 24saat.org-a açıqlamasında Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər bildirib. Politoloqun sözlərinə görə, Rusiyanın Qarabağ müharibəsinə müdaxiləsini şərtləndirən konkret amillər mövcuddur:

Saytların yığılması Saytlarin yigilmasi

“Məlum olduğu kimi, əslində Qarabağ problemini yaradan da, bunu idarə edən də Rusiyadır. Əgər Ermənistan günü bu gün işğaldakı torpaqları azad etmək istəsə, buna Rusiya imkan verməz. Qarabağ erməniləri də bu məsələdə sadəcə alətdirlər. Bütün bu problemlərin başında Rusiya dayanır. Rusiya isə Qarabağda müharibə başlayacağı təqdirdə təbii ki, sadəcə tamaşaçı qismində çıxış etməyəcək. Rusiya müharibəyə müdaxilə etməklə buna yön verməyə çalışacaq. Çünki bu məsələdə Rusiya Ermənistandan daha maraqlıdır. Bundan başqa, Ermənistanla Rusiya arasında hərbi saziş var ki, bu saziş də Rusiyanın müharibəyə müdaxiləsin tələb edir. Bir sözlə, Qarabağ problemində Rusiya faktoru Ermənistan faktorundan qat-qat vacibdir. Odur ki, Azərbaycan tərəfi Qarabağ probleminin həlli üçün daha çox Rusiya faktoruna diqqət yetirməli, bu faktoru neytrallaşdırmağa çalışmalıdır”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button