2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Nalbəndyan Sərkisyanı təkzib etdi: “Qarabağ…”

Ermənistan həmişə Qarabağ münaqişəsinin danışıqlar yolu il həllinin tərəfdarı olub.

Cümhuriyyət.az Musavat.com-a istinadla xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan erməni mətbuatına açıqlamasında deyib.

Ermənistan XİN başçısı iddia edib ki, İrəvanın danışıqlar prosesindən çəkilməsi iddiası Azərbaycanın arzusudur. “Bu yalandır, Ermənistan heç vaxt danışıqlar prosesini tərk etməyib. Əksinə, biz həmişə münaqişənin sülh yolu ilə həllini dəstəkləmişik”, – erməni nazir bildirib. O qeyd edib ki, Ermənistan heç zaman müxtəlif səviyyəli görüşlərdən imtina etməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Nalbəndyanın iddiasına görə, əgər hansısa görüş baş tutmayıbsa, bu, “Azərbaycanın günahı üzündən” baş verib. Erməni nazir deyib ki, sonuncu belə hadisə Vaşinqtonda olub, hansı ki, Azərbaycan tərəfi hətta həmsədrlərlə də görüşdən imtina edib. Bakıya yönəlik digər ittihamlar da səsləndirən E.Nalbəndyanın iddiasına görə, artıq vaxt çatıb ki, dünya birliyi Azərbaycanı konstruktiv mövqeyə gətirsin.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan aprelin 24-də İrəvanda, öz iqamətgahında “Blumberq” agentliyinə müsahibəsində danışıqlardan imtinasını və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmırmadığını elan etmişdi. Erməni prezident “Təhlükəsizlik zəmanəti olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?” demişdi. Qısa müddətdə nə dəyişdi ki, Ermənistan XİN rəhbəri prezidentin iradəsinə zidd mövqe ortaya qoydu?

Erməni ekspertlər də Sərkisyanın Nalbəndyanı pis vəziyyətdə qoyduğunu bildirirlər. Sərkisyan Kazan görüşündə 5 rayonu işğaldan azad etməyə hazır olduğunu açıqlamaq və sülh danışıqlardan geri çəkildiyini bildirməklə Nalbəndyanı ictimaiyyət qarşısında aciz duruma salmışdı. Çünki ondan öncə Nalbəndyan tamamilə fərqli fikir bildirmişdi.

Hər halda ağla gələn iki versiya var: 1.Ermənistanın 25-26 aprel döyüşlərdə aldığı növbəti sarsıdıcı zərbə; 2. Rusiya XİN başçısı Sergey Lavrovun 26 apreldə Nalbəndiyana açdığı telelefon zəngi.

Şübhəsiz ki, Moskva İrəvana yeni təlimatlar verib. Görünən budur ki, son iki gecə Talış kəndi ətrafındakı yüksəklikləri yenidən işğal etmək üçün hərəkətə keçən, ancaq sarsıdıcı artilleriya zərbələrinə tuş gələn işğalçı ölkə Azərbaycanla döyüş meydanında bacarmadığını anlayıb “danışıqlara davam” qərarı verib.

Bütün hallarda, bir-birini təkzibləyən bu açıqlamalar sübut edir ki, Ermənistan hakimiyyətində parçalanma, idarəsizlik var. Təsadüfü deyil ki, erməni ekspertlər də Sərkisyanın hakimiyyəti idarə edə bilmədiyini iddia edirlər.

Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, ermənilər 25-26 aprel tarixindəki toqquşmalarda 17 əsgər itirib, 32 yaralısı var. Rəsmi açıqlamada isə Ermənistan 4 əsgərinin öldüyünü, 3 əsgərinin isə yaralandığını açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button