İlham Əliyev Rusiyadakı konsulları geri çağırdı
Prezident İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq və Yekaterinburq şəhərlərində baş konsul vəzifələrini icra edən şəxslərin geri çağırılmasına dair sərəncamlar verib. Prezidentin rəsmi saytında yerləşdirilən sərəncamların mətnində deyilir:
“E.İ.Qulamovun Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.”
“S.M.Qasımovun Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.”
Elşad Qulamov 2013-cü ilin sentyabrında Rusiyanın şimal paytaxtı hesab edilən Sankt-Peterburqa baş konsul təyin edilib.