2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tərtərdə döyüşlər gedən zaman nazirin konsertdə nə işi var? – Sosial etiraz

Məşhur italyan müğənnisi Eros Ramazzotti ötən gün Bakıda verdiyi konsert qızğın müzakirələrə yol açıb. ANS PRESS-in məlumatına görə, buna səbəb Bakı “Crystal hall”da baş tutan konserti izləməyə gələnlər arasında dövlət rəsmiləri, tanınmış simaların olmasıdır.

Onlar arasında xarici işlər naziri Elmar Məmmədyarov və AZAL-ın prezidenti Cahangir Əsgərov da yer alıb.

Elmar Məmmədyarov və Cahangir Əsgərov Eros Ramazzotinin konsertində

Qarabağda son günlər vəziyyətin gərginləşdiyi bir vaxtda dövlət rəsmilərinin əyləncəyə vaxt ayırması sosial şəbəkələrdə ciddi tənqid olunub. Sosial şəbəkə istifadəçiləri hazırda əyləncə və istirahətdənsə döyüşə köklənməyin vacib olduğunu qeyd edirlər.

Son iki gündə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən Ağdam və Tərtər rayonlarının ərazilərini iri çaplı silahlardan və ağır artilleriya qurğularından atəşə tutulduğu vaxtda nazir, dövlət rəsmiləri və məmurların konsert kefi birmənalı qarşılanmır.

Məmurların hərəkətinə ictimayi qınaq sosial şəbəkələrdə həmçinin müxtəlif kollaj və karikaturalarla əksini tapır.

13115810_853830721410617_978866113_n

Müdafiə Naziri Zakir Həsənovun isə vəzifəsinə peşakar və məsüliyətli yanaşması oxucuları muharibədə zəfər qazanılacağına daha da ruhlandırır. Hərbi nazirin cəbhədə qarşı tərəflə üz-üzə olması, əsgərlərin yanında olması şəbəkə istifadəçiləri tərəfindən xüsusi rəğbətlə qarşılanır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button