2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

PKK-nın kabusu “kiçik tank” gəlir – FOTO

Türkiyənin Konya şəhərində “Elfatek Elektronik” şirkəti uzaqdan idarə olunan və tanka bənzəyən kiçik pilotsuz texnika hazırlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Ankebot” adlandırılan “kiçik tank”dan ölkənin şərqi və cənubi-şərqində PKK terror təşkilatına qarşı aparılan əməliyyatlarda istifadə olunacaq.

“Ankenbot” təhlükəsizlik gücləri üçün pusqu olaraq yerləşdirilən partlayıcıların üzə çıxarılmasında mühüm rol oynayacaq. Yeni texnika uzaqdan idarə olunmaqda əsgər və polisin girə bilməyəcəyi nöqtələrdə istifadə ediləcək.

Saytların yığılması Saytlarin yigilmasi

“Ankenbot” üzərindəki kamera sayəsində rahatlıqla idarə edilir. Üzərinə yerləşdiriləcək əsgəri təchizatla əl istehsalı olan bombalara və terror təşkilatının üzvlərinə müdaxilə edə bilər. “Kiçik tank”ı 300 metrdən 1 kilometrə qədər məsafədə idarə etmək mümkündür. Cihaz səssiz işləməsi üçün elektrik mühərriki ilə təchiz olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button