2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Azərbaycan bu vəziyyətlə barışmayacaq” – Müharibə ANONSU

Bu gün – mayın 2-si Azərbaycan-Ermənistan təmas xəttində son döyüş əməliyyatlarının başlamasından bir ay ötür. Dördgünlük müharibənin ardınca tərəflər atəşkəsə razılaşsalar da, Ermənistan Azərbaycanın cəbhə boyu kəndlərini atəşə tutmaqda davam edir. Hətta aprelin 26-dan başlayaraq bir neçə gün cəbhədə vəziyyət yenidən gərgin olub. Hazırda isə təmas xəttində vəziyyət yenidən stabilləşib.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov cəbhədəki hazırki durumla bağlı aznews.az-a açıqlamasında deyib ki, bu sakitlik müvəqqətidir, gərginlik yenidən artacaq: “Hər şeyin yaxşılığa doğru dəyişdiyi fikrindən uzaq olmalıyıq. Ona görə ki, vəziyyət get-gedə bir az da mürəkkəbləşir və qəlizləşir. Sadəcə Azərbaycan tərəfinin cavab tədbirləri erməniləri bir qədər sakitləşdirib. Ermənilər yenidən bəzi işlər görürlər. O işlər də ona hesablanıb ki, yaxın günlərdə Azərbaycan silahlı qüvvələrinin mövqelərinə, o cümlədən mülki vətəndaşlara da zərbələr endiriləcək. Dünən ölkə başçısı ön cəbhədə olarkən hərbçilərlə görüşündə də dedi ki: “düşmən haqqın yoluna qayıtmaq istəmir. Başa düşmək istəmir ki, Azərbaycan bu vəziyyətlə barışmayacaq”.

Bəli, ermənilər də bunu gözəl bilirlər. Bilirlər ki, Azərbaycan 2-3 strateji əhəmiyyətli yüksəklik almaqla, oturub 20 il də gözləyən deyil. Həmsədrlər heç nə eləmirlər, eləmək fikirləri də yoxdur. O adamlar riyakarlıqla məşğuldurlar. Azərbaycan ərazisində bu qədər dağıntı olmasına rəğmən heç bir ölkənin, o cümlədən Ermənistana havadarlıq eləyən Rusiyanın da səsi çıxmır ki, Ermənistan bu alçaq, şərəfsiz niyyətindən əl çəkməlidir. Artıq hədəfdə hərbçilər deyil, mülki şəxslərdir. Ona görə də, vəziyyətin düzəlməyə doğru getdiyini düşünmək sadəlövhlük olardı. Azərbaycan bəzi işləri görməlidir. Müdafiə Nazirliyi də bunu gözəl bilir. Bu istiqamətdə lazım olanları etməlidirlər və edirlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Hərbi ekspert lazım olan işlər dedikdə nəzərdə tutduğu bəzi məqamları açıqlayıb: “Lazım olan iş ondan ibarətdir ki, düşmənin ön mövqelərinə zərbə endirib, sonrakı mərhələdə hansı işlərin görülməli olduğu hesablansın. O cümlədən, artıq qüvvə və ehtiyat resurslar hesablanıb və nəzərə alınıb. Real tapşırığı yerinə yetirmək üçün lazım olan nə iş varsa, onlar edilir. Bundan başqa, lazım olan odur ki, düşmən ərazilərimizdən çıxarılsın. Bu istiqamətdə Müdafiə Nazirliyi gecə-gündüz nə lazımdırsa, edir. Bu istiqamətdə çox ciddi işlər gedir. Müdafiə naziri neçə gündür ki, döyüş bölgəsindən çıxmır. Bu isə o deməkdir ki, ciddi işlər aparılır”.

Ü.Cəfərov mayın 9 və 12-nin qisas günü olacağı və ordumuzun hücuma keçəcəyiylə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: “Heç kim dəqiq deyə bilməz ki, döyüş əməliyyatları nə vaxt başlayacaq. Bunu yalnız Ali Baş Komandan, ölkə rəhbərliyi və müdafiə naziri bilə bilər. Nə qədər ki torpaqlarımız işğal altındadır, hər an döyüş başlaya bilər.

12 may atəşkəsin növbəti ildönümüdür, bu səbəbdən o tarixdə hücum ediləcyini deyirlər. Bəziləri 8-dən 9-na keçən gecə – Şuşanın işğalı günü hücum ediləcəyini deyirlər. Bu tarixlərdə döyüşün başlaması nəzəri baxımından mümkündür. Lakin praktiki baxımından heç bir dövlət hücum edəcəyi günü əvvəldən elan etmir. Hücum qəfil və sarsıdıcı olur. O istiqamətdə deyilən sözlər arzudur. Lakin mən onu deyə bilərəm ki, may ayı Azərbaycan xalqına tam olmasa da, bir balaca rahatlıq əminlik gətirəcək. May xalqımız üçün düşərli aylardan olacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button