2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Obamanın bu videosu hər kəsi güldürdü

ABŞ prezidenti Barak Obama Ağ Evdən getdikdən sonra nə etməyi planlaşdırdığı haqqında zarafatyana videoçarx hazırlayıb. ANS PRESS-in məlumatına görə, video ABŞ prezident administrasiyasının rəsmi “Youtube” kanalında paylaşılıb.

Rolikin lap başlanğıcında Obama vitse-prezident Co Baydendən ABŞ-ın Milli Basketbol Assosiyasiyası “Vaşinqton Wizards”da məşqçi kimi çalışmaq üçün məsləhət alır. İş təcrübəsinin olub-olmaması barədə sualı cavablandırarkən o “Bir neçə dəfə qızlarımın oynadığı komandada məşq etmişəm”, – deyə cavab verir.

Videoçarxda o, həmçinin ikinci adı olan Hüseyn adının hüquqlarını əldə etmək üçün çalışır. Bu ad Havayda doğum haqqında şəhadətnamə alarkən rəsmilərdə şübhə doğurur.

Saytların yığılması Saytlarin yigilmasi

Obama özünü reklam çarxlarında sınmağı da qərara alır. Həyat yoldaşı Mişelin “iPhone”nundan ““Obamacare”(prezidentin apardığı tibbi sığorta islahatı) – haqqında danışır. Qeyd edir ki, əla zarafatdır və həqiqətən işləyir”. Telefonda quraşdırılmış filtr Obamanın  üzünü eybəcər bir məxluqa çevirir.

Videonun sonunda prezident nümayəndələr palatasının sabiq spikeri Con Baynerdən məsləhət istəyir və ona hər şeyi boş vermək tövsiyyə edilir. Sonda prezident ruhi sakitlik tapır və videoçarx bitir.

ABŞ-da preizdent seçkiləri 2016-cı ilin 8 noyabrında keçiriləcək. Obama öz postunu 2017-ci ilin yanvarında tərk edəcək. Daha əvvəl o, bəyan edib ki, kiçik qızı məktəbi bitirənədək ailəsi ilə birlikdə hələ bir neçə il Vaşinqtonda yaşamağı planlaşdırır. Prezident qeyd edib ki, gələcəkdə ya Havayda, yaxud da Çikaqoda yaşayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button