2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

MTN öz jurnalistlərinin “paket maaşlarını” da mənimsəyib

Maliyyə Nazirliyi “mənbələrə” ayrılan milyonların necə talan edildiyini araşdırır

Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması ilə onun MTN-də yaratdığı şəbəkənin ayrı-ayrı vətəndaşlara qarşı tükürpədici cinayətləri üzə çıxdı. Eldar Mahmudovun qruplaşmasının 21 nəfəri istintaqa cəlb olunsa da, hələlik, özü azadlıqdadır. Ancaq “Azadlıq”a daxil olan bir məlumatda Eldar Mahmudovun da həbs ediləcəyi deyilir.

Eldar Mahmudov və onun dəstəsi ayrı-ayrı vətəndaşların əmlakını ələ keçirməklə bərabər, həm də dövlət büdcəsindən nazirliyin fəaliyyəti üçün ayrılan milyonları talan edib. Bu barədə fakt Maliyyə Nazirliyi ləğv olunmuş MTN-nin keçmiş rəhbərliyi dövrünü yoxlayarkən üzə çıxıb. MTN DTX-ya çevrilsə də, hazırda Eldar Mahmudovun nazir olduğu dönəmin maliyyə fəaliyyəti yoxlanılır. Yoxlamalar zamanı bəlli olub ki, “mənbələr” adıyla hər il 7-8 milyon manat vəsait büdcədən silininib. Faktiki olaraq isə həmin vəsaitlərdən qəpik-quruş “mənbələrə” çatıb. Bundan başqa MTN-nin nəzarətində olan QHT və KİV-lər, habelə ayrı-ayrı jurnalistlər üçün nəzərdə tutulan “paketlər” mənimsənilib. Bu prosesə rəhbərliyi isə həbsindən sonra müəmmalı şəkildə intihar edən MTN-nin Anti-terror mərkəzinin rəis müavini olmuş İlqar Əliyev həyata keçirib.

Saytların yığılması Saytlarin yigilmasi

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button