2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Avrokomissiya neftin qiyməti ilə bağlı proqnozunu dəyişdi

2016-cı ildə Brent markalı neftin qiyməti 40 dolları keçəcək. ANS PRESS-in məlumatına görə, bu haqqda Avropa Komissiyasının hesabatında qeyd olunub. Komissiya öz proqnozlarında neftin qiymətini anidən qaldırıb.

Qurumun yarım il əvvəlki hesabatını müqayisə etdikdə “qara qızıl”ın qiymətində 15 faizlik artım qeydə alınıb. Komissiyanın hesablamalarına görə 2016-cı ildə Brent markalı neftin bir barrelinin qiyməti 41,07 dollar təşkil edəcək. Əvvəlki hesabatda bu rəqəm 35,8 dollar idi.

“İranda neft hasilatının artması bir sıra OPEK-ə üzv ölkələrin neft istehsalında azalmalarının yalnız bir hissəsini kompensasiya edir. Fevral – mart aylarında əldə edilmiş xammalın rekord həcminə baxmayaraq, Rusiya və Səudiyyə Ərəbistanı “qara qızıl”ın hasilat səviyyəsini stabil saxlayıb” – Avrokomissiyanın hesabatında belə deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Həmçinin Avrokomissiya 2017-ci il üçün olan proqnozlarına da müsbət dəyişikliklər edib. Qurum bir barrel üçün nəzərdə tutduğu 42,5 dollar göstəricisini bir az da artıraraq 45,95 dollar edib.

Hazırda dünya bazarında Brent markalı neftin bir barrelinin qiyməti 45,76 dollar, Texas markalı neft (WTI) – 44,80 dollar, Azərbaycan neftinin bir bareli isə 48,09 dollar təşkil edir.

Dünya bazarında 03.05.16 tarixində neftin qiyməti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button