2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İran bu il Həcc ziyarətinə qatılmır

İran bu il Həcc ziyarətinə qatılmayacaq. ANS PRESS-in məlumatına görə, bu barədə İslami Şura Məclisi Milli Təhlükəsizlik Komissiyasının üzvü Məhəmməd Həsən Aseferi deyib.

Onun sözlərinə görə, İran hacı namizədlərini müqəddəs torpaqlara göndərmək istəyir. Amma Səudiyyə Ərəbistanı bunu istəmədiyini göstərən bəzi şərtlər irəli sürüb. Belə ki, Ərəbistan həm viza məsələsində, həm də iranlı hacıları daşıyacaq təyyarələr haqqında bəzi maneələr ortaya çıxarıb.

Aseferi Ərəbistanın irəli sürdüyü şərtlərə baxdıqda, iranlı hacı namizədlərinin bu ilki səfəri gerçəkləşdirə bilməyəcəyini və Ərəbistanın da bu istiqamətdə heç bir addım atmadığını qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Həsən Aseferi - İslami Şura Məclisi Milli Təhlükəsizlik Komissiyasının üzvü Məhəmməd

İran və Səudiyyə Ərəbistanın münasibətləri ötən il Həcc ziyarətindən sonra korlanıb. Çünki ötən il Məkkəyə ziyarətə gedənlər dörd dəfə fəlakətlə rastlaşıblar. Onlar arasında ən çox ölənlər isə iranlılar olub.

Belə ki, Səudiyyə Ərəbistanın Məkkə şəhərində əvvəlcə daşqın olub. Daha sonra isə Məscidi Həramda kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər isə xəsarət alıb. Ardınca Məkkədə dağ uçqunu nəticəsində azı 2 nəfər dünyasını dəyişib. Sonuncu hadisə isə Mina dağındakı izdiham zamanı 4 min 700 nəfərin ölməsi ilə nəticələnən faciə olub.

Mina dağında baş verən faciədən sonra

Baş vermiş bu hadisələr Həcc mərasiminin icrasının Səudiyyə Ərəbistanından alınmasını gündəmə gətirib. İlk etiraz edən İran olub. İranın xarici işlər nazirinin köməkçisi Əmir Hüseyin Abdullahiyan müsahibələrinin birində Səudiyyə Ərəbistanın Məkkəni idarə edə bilməməsini və baş verənlərdə bir başa onun günahkar olduğu deyilir. Hətta İranın dini rəhbəri Ayətullah Xamneyi Minadakı faciə ilə bağlı İslam dünyasını Səudiyyə Ərəbistanına qarşı addımlar atmağa dəvət edib. Bu ilki Qurban bayramının yasa çevrildiyini bildirən ali dini rəhbər Səud ailəsini İslam dünyasından üzr istəməyə dəvət edib.

Ayətullah Xamneyi - İranın dini rəhbəri

Kral ailəsini ən çox tənqid edən ölkələr arasında İranla yanaşı Nigeriya və İndoneziya da var. Onlar da təhlükəsizlik baxımından Səudiyyə Ərəbistanının heç bir tədbir görməməsindən şikayətçidirlər. Ümumiyyətlə, ötən il baş verən hadisədən sonra aşağıdakı ölkələr Məkkənin idarəolunmasını Səudiyyə Ərəbistanın əlindən alınması istəyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button