Loading...
Loading...
Cəmiyyət

65 yaşlı Ağdam sakini məhkəmə zalında həbs olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Ağdam rayon sakini Şamil Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Azər Orucov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirib. Daha sonra zamində olan Ş.Zeynalov barəsində həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs olunub. Məhkəmə baxışı iyunun 29-a təyin edilib.

Qeyd edək ki, Ş.Zeynalov vətəndaşların etibarından sui-istifadə edərək iki nəfərə qarşı dələduzluq əməli törədərək, onlara məxsus 40 min manat məbləğində pulu mənimsəməkdə təqsirli bilinir.

Törətdiyi əmələ görə Ş.Zeynalova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Gözdən qaçırmayın:  General Nizami Məmmədov həbs olundu - FOTO
Back to top button