2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

653 yeni yoluxma aşkarlanıb, 7 ölüm

Yanvarın 14-də COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan isə 488 nəfər sağalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu məlumatı yanvarın 14-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

Qərargahdan həmçinin, vurğulandığına görə, indiyə kimi ölkədə ümumilikdə 624 min 208 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 min 885-i sağalıb, 8497-i vəfat edib, aktiv xəstə sayı 7826-ə yüksəlib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button