2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Erməni əsgərin anası: “Oğlumun qatili Ohanyandır” (VİDEO)

2010-cu ilin 17 dekabr tarixində ölən erməni hərbçi Artur Qazaryanın anası İrina Qazaryan İrəvanda hökumət binası qarşısına etiraz edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrina Qazaryan oğlunun ölüm səbəbini öyrənməyə çalışıb.
Əsgər anası son illər bir çox dövlət qurumlarına müraciət etsə də, oğlunun ölüm səbəbi haqda ona heç bir məlumat verilməyib: “Mənim oğlum Qarabağda öldürülüb. Guya onun beynində şiş olub. Heç bir tibbi ekspertiza oğlumun bu səbəbə görə öldüyünü sübut edə bilmir. Mənim oğlumla birgə 8 əsgər olub. 17 dekabr 2010-cu ildə helikopterlə 9 hərbçinin meyiti gətirilib”, – deyə ölən erməni hərbçinin anası bildirib.
Anası Artur Qazaryanın hərbi xidməti başa vurmasına dörd ay qalmış öldürülüdüyünü bildirib. Onun kəşfiyyatçı olduğu qeyd olunub.
Hərbçi anası “niyə müstəqil istintaq keçirilməyib?” sualına belə cavab verib: “Mənə deyirlər ki, bu, dövlət sirridir. Ohanyan uzun illər mənə deyirdi ki, insident hadisə yerində baş verməyib. Mən Ohanyanın kabinetinə getdim və ondan qeyd kitabçasını açmasını istədim. Biz qeyd kitabçasını açdığımız vaxt 17 dekabr 2010-cu ildə Ohanyanın Qarabağda olmasına dair məlumatı gördük. Məhz həmin gün onun cəsədi helikopterlə Ermənistana gətirilib”.
Erməni əsgərin anası daha sonra bildirib: “Deputat Şuşan Petrosyan Hadrutda (Xocavənd rayonu) 9 erməni hərbçinin ölməsinə dair bəyanat verdi. Daha sonra Seyran Ohanyan Şuşana zəng etdi və deputat öz bəyanatını inkar etdi. Heç kəs bu işin üstünün açılmasını istəmir. Çünki 9 hərbçinin bir gündə olmasının ağır nəticələri olmalıdır. Bu yaxınlarda Serj Sarkisyan gəncləri öldürtdüyünə görə Ohanyana təşəkkür etdi. Ona cinayətkar komandirlər, zabitlər lazımdır. Bütün əsgərlərin, hətta mənim oğlumun da qatili Ohanyandır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button