Gündəm

68 gündəlik yoluxma aşkarlanıb, 5 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 274 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah-dan iyunun 6-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 334 715 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 326 893-ü sağalıb, 4 941-i vəfat edib, aktiv xəstə sayı 2 881-ə düşüb.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7 794, hazırkı dövrədək isə ümumilikdə 3 567 745 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24 saat” “68 gündəlik yoluxma aşkarlanıb, 5 ölüm” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button