Now Reading:
7.5 milyon turist Gürcüstana 2.7 milyard dollar gətirib

Gürcüstan 2017-ci ildə turizmdən 2,7 mlrd. dollar gəlir əldə edib.

Ölkənin Milli Bankının məlumatına görə, bu, 2016-cı ilin gəlirindən 584 mln. dollar çoxdur.

Ötən il qonşu ölkənin turizmdən ən çox gəliri iyul, avqust və sentyabr aylarının payına düşüb. İyul ayında gəlir 379 mln., avqustda 395 mln., sentyabrda isə 307 mln. dollar təşkil edib.

Qeyd edək ki, 2017-ci ildə Gürcüstana 7 mln. 554 min 936 nəfər əcnəbi səfər edib ki, bu da 2016-cı illə müqayisədə 18,8% çoxdur.

Azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.