2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“7-ci platformada qrifon, yəni qaz axını güclənib”

r“Azneft” İstehsalat Birliyinin “28 May” Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) 7 saylı özülündə  baş verən hadisənin fəsadları aradan qaldırılır.  Yada salaq ki, özüldə quyunun açıq fontana keçməsi nəticəsində həyəcan yaşanıb. Hadisəyə səbəb də quyudakı qaz sızması olub.

“Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi”nin rəhbəri Mirvari Qəhrəmanlı bu barədə Azadlıq.info-ya bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hazırda  vəziyyətin normal olduğunu deyib.   O, quyudakı qəfil baş verən  açıq fontanın dəqiq səbəbinin  geoloqlar və mütəxəssislərin müəyyənləşdirməli olduğunu söyləyib:

“Yaxşı olub ki, insanları hadisə yerindən evakuasiya ediblər.  Itki olmayıb. ”SOCAR-AQŞ” trestinin qazma briqadası və  “28 May” NQÇİ-nin bir qrup əməkdası oradadır. Hazırda təhlükə  yoxdur və hər şey normaldır. Amma 7-ci platformada qrifon, yəni qaz axını güclənib. Bunun səbəbi də dənizin dibindən tullantıların yuxarı qalxmasıdır. Ona görə də dənizin üstü rəngbərəng görünür”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button