2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

7 oktyabr mitinqi ərəfəsi repressiya olunan AXCP üzvləri SİYAHI

Milli Şuranın 2017-ci il, 7 oktyabr mitinqi ərəfəsində repressiyaya məruz qalan AXCP üzvlərinin siyahısı.

  • Sərdar Qubadsoy – AXCP Xətai şöbəsi, 25.09 tarixdə Bakının Yasamal rayon polis şöbəsinin 27-ci bölməsinə aparıblar, səhərdən gecə saat 1-ə qədər saxlayıb, 7 oktyabr mitinqinə getməməklə bağlı xəbərdarlıq edib sərbəst buraxıblar.
  • Mirdamət Həsənov – AXCP Ağsu şöbəsi, Milli Şuranın 23 sentyabr mitinqində iştirak etdiyinə görə  25.09 tarixdə Ağsu rayonunda “kamaxoz” adlanan idarədə  fəhlə kimi çalışdığı işindən çıxarıldığını bildiriblər. Lakin işdən azad olunması ilə bağlı əmri sentyabrın 11-i tarixə yazıblar.
  • Xəlqi Hüseyn – AXCP Suraxanı şöbəsi, 26.09 tarixdə Bakının Suraxanı rayon polis şöbəsinə çağırılıb, ona  hədə- qorxu gəliblər, 7 oktyabrda mitinqə gedəcəyi, facebookda təbliğatını davam etdirəcəyi  və küçədə  mitinqə çağırış vərəqələri, posterlər gördükləri  təqdirdə ata-anasını polisə aparacaqları, özünü isə həbs edəcəkləri  ilə təhdid ediblər. Daim nəzarətdə olduğunu və izlənildiyini bəyan ediblər. Xəbərdarlıqdan bir neçə saat sonra sərbəst buraxılıb.
  • Nərmin Xəlil – AXCP Nəsimi şöbəsi, 01.10 tarixdə Bakının Nəsimi rayon polis şöbəsinin polis sahə müvəkkli evinə gəlib, yeni təyin olunduğunu və ailə üzvlərini qeydə alacağını söyləyib, Nərmin Xəlil özü evdə olmayıb. 02.10 tarixdə Nəsimi rayon polis şöbəsinin sahə rəisi və iki mülki geyimli polis əməkdaşı evinə gəlib, yenə ailə üzvləri, qohumları ilə bağlı sorğu-sual ediblər, 23 sentyabr mitinqinə niyə getdiklərini, partiyada hansı vəzifədə çalışdığını soruşublar. Sonra polis rəisinin onunla danışmaq istədiyini bildirib N.Xəlili polis şöbəsinə aparıblar. Polis şöbəsinin rəisi onu təhqir edib. AXCP-yə niyə qoşulduğunu və partiyadan nə qədər maaş aldığını soruşub. 2 saatdan sonra üzr istəyərək maşına mindirib evinə qaytarıblar. 03.10 tarixdə təkrar Nəsimi rayon polis şöbəsinə aparılıb. İdarə rəisi qəbul edib, sonra yenə də qohumları haqda ətraflı məlumatları, telefon nömrələrini soruşub yazıblar. Onu xaricə, Amerikaya, Ermənistana işləməkdə günahlandırıblar, israrla partiyadan nə qədər pul aldığını soruşublar. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
  • Gülnarə Quliyeva – AXCP Nəsimi şöbəsi, 02.10 tarixdə Bakının Nəsimi rayon polis şöbəsinin əməkdaşları evindən gəlib 22-ci polis bölməsinə aparıblar. Mitinqlə bağlı xəbərdarlıq edilərək sərbəst buraxılıb. Təkrar 03.10 tarixdə Nəsimi rayon polis şöbəsinə aparılıb, bütün ailəsi, yaxın və uzaq, hətta  vəfat etmiş qohumları barədə ətraflı məlumatı soruşub yazıblar. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
  • Vüsal Rəsulov – AXCP Sabunçu şöbəsi, 02.10 tarixdə Bakının Sabunçu rayon polis şöbəsinin rəis müavini tərəfindən idarəyə dəvət olunub. Xəbərdarlıqdan sonra sərbəst buraxılıb.  Təkrar 03.10 tarixdə Sabunçu rayon polis şöbəsinə çağırılıb. Mitinqə niyə getdiyi və nədən narazı olduğu ilə bağlı, eləcə də bütün ailəsi, yaxın və uzaq, hətta  vəfat etmiş qohumları barədə ətraflı məlumatı soruşub yazıblar. Bir neçə saatdan sonra sərbəst buraxılıb. Təkrar 04.10  tarixdə polis sahə müvəkkili tərəfindən çağırılıb, amma o, daha getməyib. Evinin qarşısında polis tərəfindən izlənildiyinə görə evdə qalmırdı. 05.10 tarixdə polislər evinə gəlib özünü tapmayanda ürək xəstəsi olan atasını girov aparıblar. V. Rəsulov məcbur olub atasına görə polis idarəsinə gedib. Polis şöbəsində ondan izahat alınıb və raport yazılıb, gizləndiyi təqdirdə həbs ediləcəyi və telefonu açıq saxlaması ilə bağlı xəbərdarlıq olunaraq atası ilə bərabər sərbəst buraxılıb. Ertəsi gün yenə RPİ-nə çağırılacağı deyilib. 05.10 tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini onunla görüşmək istədiyini bildirib. 06.10 tarixdə Sabunçu RPİ tərəfindən saat 18.30-da polis idarəsinə aparılıb.
  • Nicat Abdullayev – AXCP Binəqədi şöbəsi, partiyanın təşkilat şöbəsinin üzvü,  02.10 tarixdə Bakının Yasamal rayon polis şöbəsinə çağırılıb. Ailəsi, yaxın və uzaq, hətta  vəfat etmiş qohumları barədə ətraflı məlumatı soruşub yazıblar. Bir neçə saatdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb. Təkrar 03.10 tarixdə Yasamal rayon polis şöbəsinə çağırılıb, lakin o getməyib.
  • Abdulla Mahmudov – AXCP Sabunçu şöbəsi, 02.10 tarixdə Bakının Sabunçu rayon polis şöbəsinin 15-ci bölməsinə çağırılıb. Mitinqlə bağlı xəbərdarlıq edilərək sərbəst buraxılıb. Təkrar 03.10 tarixdə Sabunçu rayon polis şöbəsinə çağırılıb. Mitinqə niyə getdiyini və nədən narazı olduğu ilə bağlı, eləcə də bütün ailəsi, yaxın və uzaq, hətta  vəfat etmiş qohumları barədə ətraflı məlumatı soruşub yazıblar. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
  • Elman Məmmədov – AXCP Sabunçu şöbəsi, 01.10, 02.10 və 03.10  tarixlərdə Bakının Qaradağ rayon polis şöbəsinin əvvəl 38-ci bölməsinə çağırılıb 7 oktyabr mitinqinə getməməsi xahiş olunub. Sonrakı 2 gün rayon polis baş idarəsinə çağırılıb, hər dəfə 9-10 saat ərzində AXCP sədri ilə hansı əlaqələrinin olması, hardan maliyyələşməsi barədə  rəis müavini tərəfindən suallar verilib. Həbs ediləcəyi ilə bağlı hədələnib. Polislə əməkdaşlıq təklif edilib. 04.10 tarixdə təkrar polis idarəsinə çağırılıb, lakin o getməyib. 05.10 tarixdə polis əməkdaşları günorta saatlarında evindən naməlum istiqamətə aparıblar. Həmin gün gecə gec saatlarda mitinqə getməmək, həmin gün evi tərk etməmək şərti ilə sərbəst buraxılıb.
  • Dilarə Miriyeva – AXCP Nəsimi şöbəsi, 02.10 tarixdə Bakının Nəsimi rayon polis şöbəsinin əməkdaşları tərəfindən idarəyə aparılıb.  Polis rəisinin müavini və şöbənin digər əməkdaşları özü, ailəsi, uşaqları və digər qohumları barədə məlumatlar soruşub, mitinqlə bağlı nəzakətlə xəbərdarlıq edərək bir neçə saatdan sonra sərbəst buraxıblar. Təkrar 03. 10 tarixdə Nəsimi rayon polis şöbəsindən evinə gəlib idarəyə  aparıblar, yenidən bütün ailəsi, yaxın və uzaq, eləcə də vəfat etmiş qohumları barədə məlumatı soruşub yazıblar. Sonra sərbəst buraxılıb.
  • Elnur Yusubov – AXCP Sabunçu şöbəsi, 02.10 tarixdə Bakının Suraxanı rayon polis şöbəsinin 30-cu bölməsinə dəvət edilib. O çağırış vərəqəsi tələb edərək bölməyə getməyib. Sonra daha bir neçə dəfə zəng edib israrla çağırıblar. Evdəkiləri narahat etdiklərinə görə axşam gec saatlarda polis bölməsinə gedib. Təkrar 03.10 tarixdə Suraxanı rayon polis şöbəsinə çağırılıb. Xəbərdarlıqdan sonra sərbəst buraxılıb. 05.10 tarixdə çalışdığı 3 saylı Uşaq dəri zöhrəvi dispanserinin baş həkimi onu çagırıb və mitinqdə iştirak etdiyinə görə işdən çıxması haqda ərizə yazmasını tələb edib, əks təqdirdə başqa tədbir görəcəkləri ilə hədələyib. E.Yusubov ərizə yazmaqdan imtina edib.
  • Ağaseyid Hüseynli – AXCP Xətai şöbəsinin məclis sədri, 02.10 tarixdə Bakının Xətai rayon polis şöbəsinin 37-ci bölməsinə çağırılıb. Mitinqlə bağlı xəbərdarlıq edilərək bir neçə saatdan sonra sərbəst buraxılıb. Təkrar 03.10 tarixdə Xətai polis şöbəsinə çağırılıb. Bütün yaxın və uzaq, hətta vəfat etmiş qohumları, onların iş yerləri, əlaqələri və s. barədə ətraflı məlumat soruşub yazıblar. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
  • Arif Nağıyev – AXCP Xətai şöbəsi sədrinin müavini, 02.10 tarixdə Bakının Xətai rayon polis şöbəsinin rəis müavini tərəfindən idarəyə dəvət olunub. Mitinqdə iştirak edəcəyi təqdirdə həbs ediləcəyi ilə bağlı hədələnib və xəbərdarlıqdan sonra sərbəst buraxılıb. Təkrar 03.10 tarixdə Xətai polis şöbəsinə çağırılıb. Bütün yaxın və uzaq, hətta vəfat etmiş qohumları, onların iş yerləri, əlaqələri və s. barədə ətraflı məlumat soruşub yazıblar. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
  • Zaur Cabbarlı – AXCP Xətai şöbəsi, 02.10 tarixdə özünü JEK əməkdaşı kimi təqdim edən bir nəfər evinə zəng edib, onu axtardığını bildirib. Həmin nömrəni axtarışa verəndə məlum olub ki, Xətai rayon polis şöbəsinin 35-ci polis bölməsinə məxsusdur. Sonra eyni tarixdə həmin polis bölməsindən evinə zəng olunub və gəlib onu bölməyə aparıblar, sorğu-sual və xəbərdarlıq edilərək bir neçə saatdan sonra sərbəst buraxılıb. Təkrar 03.10 tarixdə səhər saatlarında Xətai rayon polis şöbəsinə çağırılıb. Bütün qohumlar, hətta onların 6 aylıq körpələrinin ad-familiyalarını, yaşlarını, iş yerlərini, doğum və ölüm tarixlərini, yaşayış və qeydiyyat yerlərini soruşub ümumi bazaya yükləyiblər. Gecə yarısına yaxın sərbəst buraxıblar.
  • Vüsal Əhmədov – AXCP Nəsimi şöbəsi, 02.10 tarixdə qeydiyyatda olduğu Ağdaş rayonunun Qarağan Şıxlar kəndindəki ata evinə kənd icra nümayəndəsi və bir mülki geyimli polis gələrək ana-atası və digər bütün qohumlarının harada yaşadığı və işlədiyi ilə bağlı suallar verib və məlumatı yazıblar, anasının telefon nömrəsini qeyd ediblər. Gələn ilki seçkilərlə bağlı xariclə əlaqəsi olanlar barədə məlumat topladıqlarını atasına söyləyiblər. 03. 10 tarixdə qeydiyyatda olduğu Ağdaş rayonunun polis idarəsindən zəng olunub və gəlib onu idarəyə aparıblar. Polis rəisi ona məsləhət görüb ki, 7 oktyabr mitinqinə getməsin. 2 saatdan sonra sərbəst buraxılıb.
  • Səadət Cahangir – AXCP Rəyasət Heyətinin üzvü, 02.10 tarixdə Bakının Xətai rayon polis şöbəsinin 36-cı bölməsinə çağırılıb, özü, ailəsi, oğlu barədə, onların harada yaşadığı və işlədiyi ilə bağlı suallar veriblər və məlumatı yazıblar. Təkrar 03.10 tarixdə Bakının Xətai Polis  idarəsinə rəis müavini ilə söhbətə çağırıblar. Bütün yaxın və uzaq, hətta vəfat etmiş qohumları, onların iş yerləri, əlaqələri və s. barədə ətraflı məlumat soruşub yazıblar, 6 saatdan sonra sərbəst buraxıblar.
  • Allahverdi Allahverdiyev – AXCP Sabunçu rayon şöbəsinin sədri, 02.10 tarixdə Bakının Sabunçu rayon polis şöbəsinə çağırılıb, mitinqlə bağlı xəbərdarlıq edilərək sərbəst buraxılıb. Təkrar 03.10 tarixdə Sabunçu rayon polis şöbəsinə çağırılıb. Mitinqə niyə getdiyi və nədən narazı olduğu ilə bağlı, eləcə də bütün ailəsi, yaxın və uzaq, hətta  vəfat etmiş qohumları barədə ətraflı məlumatı soruşub yazıblar. Bir neçə saatdan sonra sərbəst buraxılıb.
  • Vahid Məhərrəmli – AXCP Rəyasət Heyətinin üzvü, 02.10 tarixdə Bakının Yasamal rayon polis şöbəsinə çağırılıb, bioqrafiyası ilə bağlı sorğu-sual edilərək 4 saatdan sonra sərbəst buraxılıb. Təkrar 03. 10 tarixdə Yasamal rayon polis şöbəsinə çağırılıb, V.Məhərrəmli rəsmi çağırış göndərməyi tələb edib.
  • Cəfər Nərimanov – AXCP Binəqədi Gənclər Komitəsinin sədri, 04. 10 tarixdə Bakının Binəqədi rayon polis şöbəsinin 6-cı bölməsinə çağırılıb. 2 saat ərzində mitinqə getməməklə bağlı xəbərdarlıq ediblər. Sonra  sərbəst buraxılıb.
  • Nazim Həsənov – AXCP Lənkəran şöbəsinin sədri, 03.10 tarixdə Lənkərn rayon polis şöbəsinin Liman polis bölməsi rəisi onun müəllim işlədiyi məktəbə zəng edib və Lənkəran şəhər polis şöbəsinin rəisi İ.Hümbətovun onu saat 14.30-a  idarəyə çağırdığını söyləyib. Səbəbini soruşduqda Facebook-da yazdıqları ilə bağlı olduğu cavabını verib. Həmin tarixdə 2 saatdan çox  Lənkəran polis şöbəsinin cinayət- axtarış bölməsinin rəisi Zaur adlı şəxs tərəfindən sorğu-sual edilib.  AXCP Lənkəran rayon şöbəsində partiya üzvlərinin sayı, keçirilən görüşlər, sonuncu  toplantı, Facebook yazıları barədə suallar verilib. Sonda mitinqlərə getməmək barədə şifahi xəbərdarlıq edilərək sərbəst buraxılıb.
  • Ramid Nağıyev – AXCP Binəqədi şöbəsi, 04.10 tarixdə səhər saat 10-da Binəqədi rayon polis şöbəsinin 6-cı bölməsinə çağırılıb, həmin gün axşam Binəqədi rayon məhkəməsinin qərarı ilə İXM-nin maddəsilə 25 sutka inzibati həbs cəzası verilib.
  • Elnur Cabbarlı – AXCP Qaradağ şöbəsinin sədri, 23.09 tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə İXM-nin maddəsinə əsasən 200 manat cərimə olunmuşdu. Bununla bağlı apellyasiya şikayəti vermək məqsədi ilə qərarı almaq üçün  məhkəməyə getsə də, qərarı ona verməyiblər. 03.10 tarixdə Qaradağ rayonu Baş Polis idarəsinə aparılıb, Cinayət Axtarış şöbəsinin rəis müavini İlham adlı şəxs ondan məhkəmə qərarını niyə istədiyini soruşub. E.Cabbarlı apellyasiya şikayəti vermək istədiyini söyləyəndə, həmin rəis müavini hədələyib ki, məhkəmənin qərarı ondadır, qərarı Elnura verməyəcək  və hara istəyirsə şikayət etsin. Məlum olub ki, məhkəmədən zəng edib bu barədə polisə məlumat veriblər. Elnur bunun qeyri-qanuni olması, həm polis rəisinin müavinini, həm də bu məlumatı verən məhkəmə əməkdaşınından şikayət verəcəyini söyləyib. Rəis müavini deyib ki burda qanun elə onun özüdür, hara istəyirsə şikayət etsin. Sonra E.Cabbarlı sərbəst buraxılıb.
  • Firdovsi Məmmədov – AXCP Xətai şöbəsi, 03.10 tarixdə qeydiyyatda olduğu Beyləqan rayonunda mülki geyimli şəxslər atasının evinə gedib onun mitinqdəki şəkillərini göstərərək deyiblər ki, oğlu AXCP sədri Əli Kərimlinin dini işlər üzrə terror təşkilatının rəhbəridir, onun harada olmasını və onlarla getməsini hədə ilə tələb ediblər. Atası iflic və yataq xəstəsidir. Ondan qızının və qohumlarının telefon nömrələrini alıblar. Elə həmin gün bir qədər sonra Bakıda yaşayan F.Məmmədovun telefonuna zəng gəlib, danışıq tərzindən anlaşılıb ki zəng edən polisdir və telefonu söndürüb. Bu zaman F.Məmmədov kafedə olub və zəngdən 20 dəqiqə sonra Sabunçu rayon polis şöbəsinin əməkdaşları ora basqın ediblər, o pəncərədən qaçıb. Evə gedə bilməyib, gizlənməyə məcbur olub. 05.10 tarixdə qaldığı yeri öyrənib, evində qaldığı qohumu-əmisioğlunu girov tutub polis şöbəsinə aparıblar. Bir neçə saatdan sonra F.Məmmədovun mitinqdə iştirak edəcəyi təqdirdə həbs ediləcəyi ilə bağlı təhdiddən sonra sərbəst buraxıblar.
  • Yalçın Abdullyev – AXCP Binəqədi şöbəsinin sədr müavini, 04.10 tarixdə səhər saat 6-da evindən çıxıb işə gedərkən onu gözləyən Bakının Binəqədi rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə ona İXM-nin 535.1 maddəsi ilə 25 sutka  inzibati həbs cəzası  verilib.
  • Xalid Qarayev – AXCP Yasamal şöbəsi, Azadlıq qəzetinin əməkdaşı, 02.10 tarixdə gecə saat 2-də evinə zəng olunub və adam özünü Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaş kimi təqdim edib. Harada yaşadığını sorsuşub. Binəqədi qəsəbəsində yaşadığını öyrənəndən sonra telefonu söndürüb. Bir neçə dəqiqədən sonra həmin rayonun 4-cü pols bölməsindən zəng gəlib və israrla yaşadığı ünvanı sorşub bölməyə çağırıb. X.Qarayev iş vaxtı və çağırış vərəqəsi göndərəcəkləri halda bölməyə gələcəyini bildirib. 10 dəqiqə sonra polis sahə müvəkkili zəng vurub və görüşmək istədiyini bildirib. X.Qarayev yalnız sabah gələcəyini bildirib. 02.10 tarixdə günorta saatlarında vəkili ilə bərabər 4-cü polis bölməsinə gedib, 3 saata yaxın müddət ərzində harada yaşadığı, mitinqdə hansı səbəblərdən iştirak etdiyi, mitinqə nə qədər adamın qatıldığı, atası, anası, yaxınları haqda məlumatlar soruşulub. Təkrar 03.10 tarixdə 4-cü polis bölməsinə dəvət olunub. Yenə də bölmə rəisi və Yalçın adlı rəis müvini tərəfdən  babasının, onun atasının adı, təvəllüdləri və eyni qaydada nənələr, dayılar, əmilər, onların uşağları, idarə etdikləri avtomobillər, iş yerləri, nə vaxt doğulduqları, ölmələri, ölməmişdən qabağ hansı işlə məşğul olmaları barədə sullar verilib. Sonra sərbəst buraxılıb.
  • Rza Abdullayev – AXCP Xətai şöbəsindən partiyanın Ali Məclisinin üzvü,  Bakının Xətai rayon polis idarəsinin ərazi üzrə sahə müvəkkili gəlib onun ailə üzvləri, qohumları barədə ətraflı məlumat soruşub yazıb.
  • Məhərrəm Rzayev – AXCP Yasamal şöbəsi, 02.10 və 03.10 tarixlərdə Suraxanı rayon polis idarəsinin 31-ci bölməsinə və sonra Suraxanı rayon baş idarəsinə çağırılıb, ailəsi, qohumları barədə məlumat alınıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb. 04 və ya 05.10 tarixdə saxlanılıb, Məhkəmənin qərarı ilə İXM-nin maddəsinə əsasən 25 sutka inzibati cəza alıb.
  • Mikayıl Rəcəbov – AXCP Yasamal şöbəsi, 03.10 tarixdə Bakının Sabunçu  rayon polis idarəsinə çağırılıb,  ailəsi, qohumları barədə məlumat alınıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb. Təkrar 04.10 tarixdə Sabunçu  rayon polis idarəsinə çağırılıb, o getməyib.
  • Cəlil Hüseynov – AXCP Yasamal şöbəsinin sədri, 03.10 tarixdə Bakının Xəzər rayon polis şöbəsinə çağırılıb, o getməyib. 06.10 tarixdə Xəzər RPİ-nin əməkdaşları evinə onu aparmağa gəliblər, mitinqqabağı həbs olunacağını bildiyi üçün polislərdən qaçıb gizlənib.
  • Sakit Həbibov – AXCP Yasamal şöbəsi, 02.10 və 03.10 tarixlərdə Bakının Binəqədi rayon polis idarəsinin 5-ci bölməsinə çağırılıb, ailəsi, qohumları barədə məlumat alınıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb.
  • Kənan Zeynalov – AXCP Suraxanı şöbəsi, 03.10 tarixdə Bakının Suraxanı rayon polis idarəsinin 33-cü bölməsinə çağırılıb, ordan rayon baş polis idarəsinə, sonra yenidən 33-cü bölməyə qaytarılıb. Bakı şəhər baş polis idarəsindən əməkdaş onunla söhbət edib və üzvü olduğu AXCP-n pisləyib. 9 saatdan sonra sərbəst buraxılıb.
  • Sahib Rüstəmli – AXCP Sabirabad şöbəsindən partiyanın Ali Məclis üzvü,  03.10 tarixdə Sabirabad rayon polis idarəsinin əməkdaşları 2 maşınla onu izləyiblər. 04.10 tarixdə onun yaşadığı kəndin icra nümayəndəsindən və qohumundan S.Rüstəmli barədə ətraflı məlumat soruşublar.
  • Hüseyn Orucov – AXCP Xətai şöbəsinin sədri, 04.10 tarixdə Xətai rayon icra hakimiyyətindən zəng edib çağırıblar. Sonra telefonla özü, ailəsi, harada yaşadığı və s. barədə məlumat alıblar.
  • Cabbar Savalanlı – AXCP Sumqayıt  şöbəsindən partiyanın Ali Məclis üzvü, 04.10 tarixdə səhər saatlarında evdən işə gedərkən Sumqayıt şəhər polisi tərəfindən saxlanıb və Sumqayıt şəhər məhkəməsinin qərarı ilə İXM-nin 510-cu maddəsi ilə 10 sutka inzibati həbs cəzası verilib.
  • Məsud Rzalı – AXCP Nizami şöbəsi, 04.10 tarixdə Bakının Nərimanov rayon polis şöbəsinin əməkdaşları tərəfindən axtarılır, evinin qarşısında post qurub izləyirlər. 07.10 tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən mitinqə gedərkən saxlanılaraq 37-ci bölməyə aparılıb, axşam saatlarında, mitinq bitəndən xeyli sonra  sərbəst buraxılıb.
  • Fəridə Həsənova – AXCP Sabail şöbəsi, 04.10 tarixdə Bakının Xətai rayon polis şöbəsinin 36-cı bölməsinə çağırılıb, sonra  Xətai rayon baş polis idarəsinə aparılıb. Nə zamandan cəbhəçi olması, mitinqə niyə getdiyi, nəyə etiraz etdiyi barədə suallar verilib. Nəslində olan bütün qohumları, övladlarının iş yeri, ünvanları haqda məlumat soruşub yazıblar. Gecə saatlarına qədər saxlayıb sonra sərbəst buraxıblar.
  • Elvin Verdiyev – AXCP Sumqayıt şöbəsi, 04.10 tarixdə Sumqayıt şəhər polis şöbəsi tərəfindən saxlanılıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb.
  • Ülvi Quliyev – AXCP Sumqayıt şöbəsi, 04.10 tarixdə Sumqayıt şəhər polis şöbəsi tərəfindən saxlanılıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb.
  • Ələddin Quliyev – AXCP Sumqayıt şöbəsi, 03.10 tarixdə Sumqayıt şəhər polis şöbəsi tərəfindən saxlanılıb, 7 oktyabrda mitinqə gedəcəyi təqdirdə həbs olunacağı ilə hədələnib, bir neçə saatdan sonra sərbəst buraxılıb.
  • Ruslan Qarayev – AXCP Sumqayıt şöbəsi, polis tərəfindən izlənildiyinə görə bir neçə gündür evə gedə bilmir.
  • Xətai Nəbiyev – AXCP Sumqayıt şöbəsi, polis tərəfindən izlənildiyinə görə bir neçə gündür evə gedə bilmir.
  • Paşa Dadaşov – AXCP Binəqədi şöbəsi, 04.10 tarixdə Bakının Binəqədi rayon polis idarəsinin 7-ci bölməsinə çağırılıb və gecə saat 3  radələrində sərbəst buraxılıb.
  • Abid Məlikov – AXCP Nəsimi şöbəsi, 04.10 tarixdə Bakının Sabail rayon polis idarəsinə çağırılıb, xəbərdarlıq edildikdən sonra sərbəst buraxlıb.
  • Şamil Nəsirov – AXCP Saatlı şöbəsi, 03.10 tarixdə Saatlı rayon polis idarəsinə çağırılıb, mitinqə getməməklə bağlı sərt təhdid olunub, sonra sərbəst buraxılıb.
  • Səmid Həmidli – AXCP Saatlı şöbəsi, 03.10 tarixdə Saatlı rayon polis idarəsinə çağırılıb, mitinqə getməməklə bağlı sərt təhdid olunub, sonra sərbəst buraxılıb. Rayon İcra Hakimiyyətinin Başçısı ilə də mübahisəsi olub, çünki RİH Başçısı S.Həmidlinin işlədiyi özəl obyektin sahibindən onun işdən qovulmasını tələb edib.
  • Kamalə Allahverdiyeva – AXCP Sabail şöbəsi, 05.10 tarixdə Bakının Sabail rayon polis idarəsinin 8-ci bölməsinə çağırılıb. Elə həmin tarixdə oradan Sabail RPİ-nə aparılıb. Özü, siyasi mənsubiyyəti, mitinqlərə getməsi, ailəsi, bütün yaxın və uzaq, hətta vəfat etmiş qohumları, onların iş yerləri, əlaqələri, ünvanları və s. barədə ətraflı məlumat soruşub yazıblar, bir neçə saatdan sonra sərbəst buraxıblar.
  • Ruslan Nəsirli – AXCP Gənclər Komitəsinin Ali Məclis sədri, 05.10 tarixdə Yasamal rayonu ərazisində Elmlər Akademiyası metrosu yaxınlığında dostu ilə küçədə gedərkən polis hücumuna məruz qalıb və saxlanılaraq naməlum istiqamətdə aparılıb. Partiyadaşları Yasamal RPİ və bölmələrinə baş çəkib onu soruşduqda hər yerdə burada olmadığı cavabını alıblar.  06.10 tarixdə məlum olub ki, Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə 25 sutka inzibati həbs cəzası alıb.
  • Fizuli Hüseynov – AXCP Xətai şöbəsi, 05.10 tarixdə dörd nəfər mülki geyimli polis tərəfindən gecə saatlarında evindən aparılıb. 06.10 tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə İXM-nin maddəsi ilə 30 sutka inzibati həbs cəzası verilib.
  • Rüfət Manafov – AXCP Ağdaş şöbəsi, 05.10 tarixdə Ağdaş RPİ-nin cinayət axtarış şöbəsini tərəfindən mitinqə gedəcəyi təqdirdə vəzifədə işləyən qohumunun işdən çıxarılacağı ilə bağlı təhdid edilib. Təkrar 06.10 tarixdə Ağdaş RPİ-nə çağırılıb. Mitinqə getməməklə bağlı xəbərdarlıq edilərək 6 saatdan sonra sərbəst buraxılıb.
  • Telman Məmmədov -AXCP Ağdaş şöbəsi, 05.10 tarixdə Ağdaş RPİ-nin cinayət axtarış şöbəsini tərəfindən mitinqə gedəcəyi təqdirdə vəzifədə işləyən qohumunun işdən çıxarılacağı ilə bağlı təhdid edilib.
  • Məzahir Rəhimov – AXCP Ağdaş şöbəsindən Ali Məclis üzvü, 05.10 tarixdə Ağdaş RPİ-nə çağırılıb, mitinqə getməməklə bağlı xəbərdarlıq edilərək sərbəst buraxılıb. Təkrar 06.10 tarixdə Ağdaş RPİ-nə çağırılıb. Mitinqə getməməklə bağlı xəbərdarlıq edilərək 6 saatdan sonra sərbəst buraxılıb. 07.10 tarixdə Ağdaşdan Bakıya mitinqə gələrkən polis tərəfindən geri qaytarılıb.
  • Qorxmaz Abdurəhimov – AXCP Ağdaş şöbəsinin sədr müavini,  05.10 tarixdə Ağdaş RPİ-nə çağırılıb, mitinqə getməməklə bağlı xəbərdarlıq edilərək sərbəst buraxılıb. Təkrar 06.10 tarixdə Ağdaş RPİ-nə çağırılıb, mitinqə getməməklə bağlı xəbərdarlıq edilərək 6 saatdan sonra sərbəst buraxılıb.
  • Bəxtiyar İmanov – AXCP Binəqədi şöbəsi, 04. 10 tarixdə Bilәsuvar rayonu Texniki peşә mәktәbinin işçisi olan qardaşı aldadılaraq işdən çıxması ilə bağlı ərizə yazmağa məcbur edilib. 04.10 tarixdə qardaşını, 06.10 tarixdə bacısını B. İmanovun siyasi əqidəsinə, mitinqlərdə iştirakına görə işdən çıxarıblar.
  • Vüqar Məmmədov – AXCP Binəqədi şöbəsi, 05.10 tarixdə qeydiyyatda olduğu rayonda evinə polis idarəsindən çağırış vərəqəsi gəlib.
  • Elşən Abdullayev – AXCP Mingəçevir şöbəsinin sədri, 05.10 və 06.10 tarixdə Mingəçevir şəhər polis idarəsinə aparılıb. Mitinqə getməməklə bağlı xəbərdarlıq olunub, mitinq günü izlənilib ki Bakıya gedə bilməsin.
  • Qadir Xudabaxşıyev – AXCP Mingəçevir şöbəsi, 06.10 tarixdə Mingəçevir şəhər polis idarəsinə aparılıb. Mitinqə getməməklə bağlı xəbərdarlıq olunub.
  • Ceyhun Rzayev – AXCP Mingəçevir şöbəsi, 06.10 tarixdə Mingəçevir şəhər polis idarəsinə aparılıb. Mitinqə getməməklə bağlı xəbərdarlıq olunub.
  • Elman Abbasov – AXCP Mingəçevir şöbəsindən partiyanın Ali Məclis üzvü, 06.10 tarixdə Bakıya gələrkən yolda Mingəçevir şəhər Pİ-nin rəis müavini zəng edib və idarəyə çağırıb, israrla yoldan qayıtmasını tələb edib. E.Abbasov imtina etdikdə polis rəisinin müavini onu Bakıda polis əməkdaşının qarşılayacağını söyləyib. Mitinqə getməsinə Bakıda əngəl törədilib.
  • Həmid Azəri – AXCP Ağdaş şöbəsinin sədri, 06.10 tarixdə səhər saatlarında Ağdaş RPİ-nə çağırılıb. Mitinqə getməməklə bağlı xəbərdarlıq ediləndən sonra sərbəst buraxılıb.
  • Xasay Mehdiyev – AXCP Ağstafa şöbəsindən Ali Məclis üzvü,  06.10 tarixdə Ağstafa RPİ-si tərəfindən polis idarəsinə aparılıb.
  • İslam Həsənov – AXCP Şəki şöbəsinin sədri, 06.10 tarixdə axşam saatlarında Şəki RPİ-nə çağırılıb. Mitinqə getməməklə bağlı məsləhət verilib və sərbəst buraxılıb.
  • Ramiz Sayəddinov – AXCP Ağdaş şöbəsi, 06.10 tarixdə Ağdaş RPİ-nə çağırılıb. Mitinqə getməməklə bağlı xəbərdarlıq edilərək 6 saatdan sonra sərbəst buraxılıb.
  • Araz Əliyev – AXCP Ağdaş şöbəsi, 06.10 tarixdə Ağdaş RPİ-nə çağırılıb. Mitinqə getməməklə bağlı xəbərdarlıq edilərək 6 saatdan sonra sərbəst buraxılıb. 07.10 tarixdə Ağdaşdan Bakıya mitinqə gələrkən polis tərəfindən geri qaytarılıb.
  • Tacəddin Məmmədov – AXCP Ağdaş şöbəsi, 06.10 tarixdə Ağdaş RPİ-nə çağırılıb. Mitinqə getməməklə bağlı xəbərdarlıq edilərək 6 saatdan sonra sərbəst buraxılıb.
  • Seyid Bayramov – AXCP Ağstafa şöbəsi, 06.10 tarixdə Ağstafa RPİ-si tərəfindən polis idarəsinə aparılıb.
  • İslam İslamzadə – AXCP Xətai şöbəsi, 07.10 tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən küçədə saxlanılaraq 37-ci bölməyə, ordan da rayon baş polis idarəsinə aparılıb, axşam saatlarında, mitinq bitəndən xeyli sonra  sərbəst buraxılıb.
  • Xəlilov Elşən – AXCP Ağdaş şöbəsi, 05.10 tarixdə Ağdaş RPİ-nə çağırılıb, mitinqə getməməklə bağlı xəbərdarlıq edilərək sərbəst buraxılıb.
  • Yaşar Məmmədov – AXCP Oğuz şöbəsinin sədri, 06.10 tarixdə Oğuz RPİ-nə çağırılıb, mitinqə getməməklə bağlı xəbərdarlıq edilib.
  • İftixar Mikayılov – AXCP Oğuz şöbəsi, 06.10 tarixdə Oğuz RPİ-nə çağırılıb, mitinqə getməməklə bağlı xəbərdarlıq edilib.
  • Azər İsmayılov – AXCP Oğuz şöbəsi, 06.10 tarixdə Oğuz RPİ-nə çağırılıb, mitinqə getməməklə bağlı xəbərdarlıq edilib.
  • Səbuhi Səfərov – AXCP Oğuz şöbəsi, 06.10 tarixdə Oğuz RPİ-nə çağırılıb, mitinqə getməməklə bağlı xəbərdarlıq edilib.
  • Şahin Əlizadə – AXCP Şirvan şöbəsi, 06.10 və 07.10 tarixlərdə Şirvan şəhər polis idarəsindən evinə gəlib rəislə söhbətə çağırılıb, lakin o getməkdən imtina edib, bundan sonra polis tərəfindən izlənilib, Bakıya mitinqə gələrkən yarı yolda saxlanılıb və mitinqə getməməklə bağlı xəbərdarlıq olunub, mitinqə gəlməsi əngəllənib.
  • Ziyafət Hüseynli – AXCP Saatlı şöbəsindən Ali Məclis üzvü, 06.10 və 07.10 tarixdə Saatlı RPİ-nin əməkdaşları mitinqə getməsini əngəlləmək üçün evinə gediblər, lakin onu evdə tapmayıb mülki geyimli şəxslər evini izləməyə davam ediblər. Mitinqə gedə bilmək üçün bir neçə gün evdə gecələməyib, başqa yerdə gizlənib.
  • Faiq Nəsirov – AXCP Saatlı şöbəsi, 06.10 və 07.10 tarixdə Saatlı RPİ-nin əməkdaşları mitinqə getməsini əngəlləmək üçün evinə gediblər, lakin onu evdə tapmayıblar, belə ki mitinqə gedə bilmək üçün bir neçə gün evdə gecələməyib, başqa yerdə gizlənib.
  • Münasib Rüstəmli – AXCP Saatlı şöbəsi, 06.10 və 07.10 tarixdə Saatlı RPİ-nin əməkdaşları mitinqə getməsini əngəlləmək üçün evinə gediblər, lakin onu evdə tapmayıblar, belə ki mitinqə gedə bilmək üçün bir neçə gün evdə gecələməyib, başqa yerdə gizlənib.
  • Mübariz Məmmədov – AXCP Saatlı şöbəsi, 06.10 və 07.10 tarixdə Saatlı RPİ-nin əməkdaşları mitinqə getməsini əngəlləmək üçün evinə gediblər, lakin onu evdə tapmayıblar. Mitinqə gedə bilmək üçün başqa yerdə gizlənərək bir neçə gün evdə gecələməyib.
  • Rövşən Məmmədov – AXCP Saatlı şöbəsi, 06.10 tarixdə axşam saatlarında Saatlı RPİ-nə aparılıb, mitinqlə bağlı hədələnərək bir neçə saatdan sonra sərbəst buraxılıb.
  • Şamil Hacıbəyli – AXCP Saatlı şöbəsinin sədri, 07.10 tarixdə səhər saat 10-dan Saatlı RPİ-nə aparılıb və saat 15.30-da sərbəst buraxılıb.

Siyahı azadliq.info-ya AXCP-dən göndərilib.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button