Loading...
Loading...
24 saat

7 oktyabr mitinqi ciddi siyasi hadisə oldu

Nəsimi Məmmədli

Davamlı olaraq ictimai-siyasi tədbirləri yaxından izləyən şəxs kimi bu gün də Milli Şuranın təşkilatçılığı ilə keçirilən mitinqin canlı monitorinqini apardım. Bir sıra parametrlər və qiymətləndirici meyarlar üzrə gəldiyim qənaəti hələlik əhatəli bölüşmürəm, çünki gələcək analizlərimdə dolğun ifadə etməyə çalışacam.
Səthi olsa da bəzi qeydlərimi maraq göstərən şəxslərin müzakirəsinə təqdim edirəm.
Öncə onu deməliyəm ki mitinq öncəsi yerli və mərkəzi hökumət qurumlarının əsas inzibati resursları səfərbər edilərək mtinqdə iştirak etmək ehtimalı olan minlərlə insanı çəkindirmək üçün hərəkətə keçmişdi. Mitinqə gəlmək istəyən minlərlə insana müxtəlif vasitələrlə əngəl yaradilmışdı.

Bütün bilinən və bilinməyən basqılara baxmayaraq 7 oktyabr mitinqi bir çox aspektdən 23 sentyabr mitinqi ilə müqayisədə daha yaxşı təsir bağışlayırdı. Ciddi əhəmiyyəti olmasa da bəzən mitinqin texniki tərəfləri də müzakirəyə çıxarıldığından ona da toxunmaq istəyirəm.

İştirakçıların sayında gözlə görünə bilən artım var idi. Mitinqdə iştirak edənlərin coşğusu da öncəkindən xeyli üstün idi. Ümumi təşkilatçılıq yetərli olsa da tribunanın qarşısındakı sıxlıq yazılı şüar və plakatların çoxunu görünməz edirdi.
Yenə də gənclər və qadınlar, habelə yeni insanlar çoxluq təşkil edirdi. Bir çox müxalifət partiyalarının üzvləri və rəhbərləri də mitinqdə idi. Çıxışlar da qənaətbəxş sayıla bilərdi.
Ən çox marağıma səbəb olan amil, hökumətin təzyiqlərinin iştirakçıların əhval-ruhiyyəsinə və sayına mənfi təsir edə bilməməsi idi. Basqıların əks effekt verməsi, cəmiyyətdə narazılığın miqyasının böyüklüyünü göstərir. Deməli insanları qorxutmaqla onları mübarizədən çəkindirmək praktikası öz təsirini xeyli itirib.

Siyasi aktivliyin yüksəlməsi baxımından mitinqin davam etdirilməsi ilə bağlı meydanda verilən qərarı da düzgün hesab edirəm. Hələ MŞ-nın ilk mitinq qərarını şərh edərkən bildirmişdim ki, iştirakçı sayına baxmadan bu etiraz aksiyaları heç olmasa 2-3 ay ərzində ardıcıl davam edərsə, effektli olacaq. Sosial-siyasi proseslərin monitorinqini aparan və analiz edən bir şəxs kimi deyə bilərəm ki artıq MŞ-nın mitinqlərinin indiki siyasi şəraitdə ilkin siyasi nəticələri var. Siyasi nəticələr barəsində daha sonra geniş fikir bildirməyi də nəzərdə tutmuşam.

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button