2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

700 bal toplayan abituriyent: “Heç bir hazırlıq kursuna getməmişəm”

Bu il II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb.

İmtahan nəticələrinə əsasən 700 bal toplayanların sayı dəqiq bəlli olmasa da, onlardan biri III ixtisas qrupu üzrə maksimum nəticə göstərən Bakı şəhəri Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadədir.

İlk təəssüratlarını Publika.az-la bölüşən Zeynəb Quluzadə uğurun heç də asan olmadığını deyib:

“Mən 700 bal toplamaq yox, hüquq fakültəsinə daxil olmaq üçün böyük əzmlə çalışmışam. Artıq seçimimi də etmişəm Azərbaycan Diplomatik Akademiyasında hüquq fakültəsini seçmişəm. Hüquqşünas olmaq arzum idi, bu arzuma çatmaq üçün də zəhmət çəkdim. Uğur qazanmaq üçün davamlı, sistemli oxumaq lazımdır. Onu da deyim ki, uğur qazanmaq heç də asan olmadı”.

Z.Quluzadə heç bir hazırlıq kursu və ya repetitor yanına getmədiyini deyir:

Saytların yığılması Saytlarin yigilmasi

“Məktəb dərslərini hər zaman çox yaxşı oxumuşam. Bizim məktəbdəki təhsil çox yaxşıdır, ona görə də əlavə hazırlığa ehtiyac yoxdur. Son illərdə isə özüm ixtisas qrupu üzrə fənlərdən keçdiklərimi təkrar edirdim, çətinliklərim olanda müəllimlərimlə məsləhətləşirdim”.

Z.Quluzadə həm də Müslüm Maqomayevin adını daşıyan 26 nömrəli onbirillik musiqi məktəbində vokal ifaçılığı üzrə də təhsil alıb:

“Hüquq və vokal mənim üçün çox dəyərlidir. Lakin ilk növbədə yaxşı hüquqşünas olmaq istəyirəm. Beynəlxalq hüquq, dünya ölkələrinin hüququnu dərindən öyrənmək istəyirəm. Gələcəkdə bu istiqamətdə xaricdə təhsil almaq planlarım var. Vokal isə hüquqdan sonra ikinci dəyərli sənət olacaq mənim üçün”.

Qeyd edək ki, Z.Quluzadə həm də Respublika fənn olimpiadaları qaliblərindəndir. O, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə qızıl medalın sahibidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button