2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

700 bal toplayanlar: onları siz də tanıyın – VİDEO

Qəbul imtahanlarında 3 abituriyent 700 bal toplayıb. Maksimum bal yığanlardan ikisi II, biri isə III ixtisas qrupu üzrə imtahan verib. Onlardan Arzu Məmmədzadə maksimum nəticə göstərən ilk Ağcabədili abituriyentdir.

II ixtisas qrupu üzrə qəbul imtahanında Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi Arzu Məmmədzadə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Cavad Əliyev 700 bal toplayıblar.

Arzu Məmmədzadə deyir ki, maksimum nəticə göstərəcəyinə hər zaman inanıb. Sınaq imtahanlarında da yüksək bal yığıb. Abituriyent bildirir ki, 700 bal yığmaq xəbərini anasından alıb.
Arzu 700 bal toplayan ilk Ağcabədili abituriyentdir. O, beynəlxalq münasibətlər fakültəsində təhsilini davam etdirmək istəyir.

Saytların yığılması Saytlarin yigilmasi

II ixtisas qrupu üzrə ən yüksək balı yığan digər abituriyent Cavad Əliyev isə həm dərslərə, həm də istirahətə kifayət qədər vaxt ayırdığını deyir. Lakin imtahan zamanı bir az çətinliklə üzləşdiyini bildirir. Cavad Əliyev isə iqtisadçı olmaq niyyətindədir.

III ixtisas qrupu üzrə 700 bal toplayan yeganə abituriyent isə akademik Zərifə Əliyeva adına liseyin şagirdi Səbinə İsmayılovadır. O isə yüksək nəticə gözləsə də, 700 bal yığacağına inanmadığını qeyd edir.Səbinə deyir ki, imtahana hazırlıqlar zamanı normal istirahət çox önəmlidir. Səbinə İsmayılova ya hüquqşünas, ya da filoloq olmaq istəyir.

Bizimyol.info Xezerxeber.az-a istinadən süjeti təqdim edir:

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button